15:13 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
MƏDƏNİYYƏT
Qısa URL
17 0 0

Danimarkalı rejissor keçən əsrin 90-cı illərində ortaya çıxan dəhşət dramı "Krallıq" serialının üçüncü mövsümünü ekranlaşdıracaq. Beş hissədən ibarət üçüncü mövsümün istehsalı gələn il üçün planlaşdırılır

BAKI, 18 dekabr — Sputnik. Məşhur rejissor Lars von Trier üç ildən sonra çəkiliş meydançasına qayıdır.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, danimarkalı rejissor, keçən əsrin 90-cı illərində ortaya çıxan dəhşət dramı "Krallıq" serialının üçüncü mövsümünü ekranlaşdıracaq. Beş hissədən ibarət üçüncü mövsümün istehsalı gələn il üçün planlaşdırılır. Rejissor üçüncü mövsümün beş bölümünün hamısını çəkməklə yanaşı, həm də Nils Vorsellə birgə bölümlərin ssenarisini də yazacaq.

Serialın süjetinin təfərrüatları hələ ki, açıqlanmayıb, lakin yeni epizodlarda həm yeni obrazların debütü, həm də köhnə obrazların geri dönəcəyi məlumdur.

Teqlər:
rejissor, mövsüm, serial

Əsas mövzular