17:11 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
MƏDƏNİYYƏT
Qısa URL
20 0 0

Qadın taleyinin həqiqətlərini açıqlamasına görə filmin rejissoru Ksenia Lagutinaya "Münsiflər diplomatı", eyni zamanda, Birləşmiş Millətlər Təşkilatı Ali Komissarlığının "Xüsusi mükafatı" təqdim edilib.

BAKI, 16 dekabr — Sputnik. "Narimanfilm" kinostudiyasının istehsalı olan "Fəridə" tammetrajlı bədii filmi Beynəlxalq "Stalker" İnsan Hüquqları Festivalında iki mükafata layiq görülüb.

Sputnik Azərbaycan xəbər verir ki, qadın taleyinin həqiqətlərini açıqlamasına görə filmin rejissoru Ksenia Lagutinaya "Münsiflər diplomatı", eyni zamanda, Birləşmiş Millətlər Təşkilatı Ali Komissarlığının "Xüsusi mükafatı" təqdim edilib.

Beynəlxalq "Stalker" İnsan Hüquqları Film Festivalı, Rusiyada yeganə və dünyadakı film nümayişlərində insan haqları mövzusunda filmlər yaratmağa təşviq edən festivallardan biridir. "Stalker" kinofestivalı dekabr ayının 10-dan 15-dək keçirilib.

"Narimanfilm" kinostudiyası "Fəridə" tammetrajlı bədii filmini Sankt-Peterburq Yeni Kino Məktəbi ilə birlikdə istehsal edib. 70 dəqiqəlik ekran işinin ssenari müəllifi və rejissoru Kseniya Laqutina, operatoru Dmitriy Naqovskiy, səs rejissoru Aleksandr Demyanov, prodüseri Nəriman Məmmədovdur. Baş qəhrəman rolunu gənc aktrisa Məryəm İbrahimova ifa edir. Digər rollarda Abdukərim Nasirov, Dilya Ulaşeva və başqaları çəkilmişlər.

Film Azərbaycanın Xınalıq kəndindən Sankt-Peterburqa gələn Fəridədən bəhs edir. Eşitmə problemləri olan gənc qız öz həyat yoldaşı Muradın axtarışındadır. O, Muradın harada olduğu haqqında tam xəbərsizdir. Böyük şəhər Fəridəni bir çox insanlarla qarşı-qarşıya qoyur və onun bütün həyatını alt-üst edir.

Film dram janrında çəkilib. Bütün çəkilişlər Sankt-Peterburq şəhərində aparılıb.

Teqlər:
mükafat, festival, film

Əsas mövzular