Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Qarabağ Zəfəri" adlı rəsm müsabiqəsi elan edilib

© Sputnik / Sergey Malgavko / Mediabanka keçidХудожница, фото из архива
Художница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmləri ilə müsabiqəyə qatılan gənclərin əsərləri Fondun saytında və sosial media hesablarında yerləşdiriləcək, qaliblər isə peşəkar münsiflər heyəti tərəfindən müəyyən ediləcək

BAKI, 16 dekabr — Sputnik. Azərbaycan Gənclər Fondu və Türkiyə Gənclər Fondunun birgə təşəbbüsü ilə Vətənimizin Qarabağ Zəfərinə həsr olunan rəsm müsabiqəsi elan edilib.

Sputnik Azərbaycan xəbər verir ki, rəsm müsabiqəsinin əsas məqsədi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan şanlı Qarabağ Zəfərini türkiyəli və azərbaycanlı gənclərin gözü ilə görmək və hər iki ölkə gəncləri arasında qardaşlıq duyğularını daha da möhkəmləndirməkdir. Müsabiqə hər iki ölkənin gəncləri üçün 15 dekabrdan 24 yanvar tarixinədək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən gənclər müsabiqə şərtləri ilə tanış olaraq, müraciət formasını doldurmaları tələb olunur.

Rəsmləri ilə müsabiqəyə qatılan gənclərin əsərləri Fondun saytında və sosial media hesablarında yerləşdiriləcək, qaliblər isə peşəkar münsiflər heyəti tərəfindən müəyyən ediləcək.

Qeyd edək ki, Gənclər Fondu mütəmadi olaraq gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi və aşılanması məqsədilə müxtəlif səpkilərdə layihələr həyata keçirməkdədir. Türkiyə Gənclər Fondu ilə birgə təqdim edilən bu layihə də hər iki ölkə gəncləri üçün bu məqsədə xidmət edir.

Xəbər lenti
0