16:16 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
MƏDƏNİYYƏT
Qısa URL
Azərbaycanın görməli yerləri, turizm obyektləri (61)
84 0 0

Bütövlükdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilənə qədər Zəngilan rayonu üzrə 96 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatında idi. İndi bu abidələrin əksəriyyəti məhv edilib.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 16 dekabr — Sputnik. 1993-cü il oktyabrın 29-da  Ermənistan qoşunları tərəfindən işğal olunduqdan sonra Zəngilan rayonu ərazisində mövcud olan yüzə qədər tarixi-dini və memarlıq abidəsi məhv edilib.

Bu barədə Sputnik Azərbaycan-a tarixçi Kamran İsmayılov məlumat verib.

O qeyd edib ki, rayonun ermənilərin mədəni terroruna məruz qalmış tarixi-dini abidələri sırasında məscidlər və ziyarətgahlar - İmam Hüseyn məscidi (XVII əsr, Zəngilan şəhəri), Zəngilan məscidi (XIX əsr), Malatkeşin məscidi (XIX əsr), Qırıq Muşlan, Muşlan, Rəzdərə kəndlərindəkii məscidləri (XIX əsr), Xanazor, Yeməzli alban kilsələrini – (Yeməzli kəndi); ziyarətgahlar - Səkkizguşəli türbə (XIV əsr, Məmmədbəyli kəndi), Ziya Baba ocağı (Ağkənd), Xanazur türbəsi və piri, Sultan Heydər piri (Bartaz kəndi), Günqışlaq piri, Hacıllı günbəzi, Məlikli Hacı Mir Məhəmməd ocağı, Pirveyis piri, Seyid Musa ocağı (Sobu kəndi), Qaradağlı piri (Şəfibəyli kəndi), Yal piri (Vejnəli kəndi), Soltan ocağı (Yeməzli kəndi) Məmməd bəy türbəsi (Məmmədbəyli kəndi) bu gün tamamilə dağıdılıb.

Bəşərin beşiyinə uzanan qara əllər: orada kəşfiyyat aparmaq ən böyük cinayətdir>>

Zəngilanın tarixi memarlıq abidələri - Şərifan abidələri (IX-XVI əsrlər), Şəhri-Şərifan yaşayış yeri (orta əsrlər) – Hacallı kəndi, Ağca Aşıq yaşayış yeri (orta əsrlər) – Qumlaq kəndi, Qız qalası (orta əsrlər) – Qumlaq kəndi, Qəsr qalası (orta əsrlər) – Oxçuçayın Araza töküldüyü yerdə, Şərikan kəndində sərdabə (XIII əsr), Yenikənd kəndində Sərdabə (XIV əsr), Hacallı dairəvi bürcü (XIV əsr), Hacalı qülləsi (XIV əsr) – Məmmədbəyli kəndi, Nekropol (e.ə VI-IV əsrlər) – Quyudərə Xəştab kəndi, Küp qəbirlər (b.e.ə. IV-II əsrlər) – Yeməzli kəndi, Koroğlu daşı (VII-VIII əsrlər), Bartaz Qız qalası (XIV əsr), Tağlı körpüsü (XVI əsr) – Sobu kəndi, Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi – Məmmədbəyli kəndi və s. Zəngilan şəhərindən 8 km aralı, Əsgülüm dağında 30 m hündürlüyündə, 150 metr enində "Qala" divarları (III-V əsrlər) Azərbaycanda tikilmiş müdafiə əhəmiyyətli tarixi abidələrdən biridir.

Zəngilan abidələri öz memarlıq xüsusiyyətlərinə görə fərqlənir. Bu ərazilərdə XIII-XIV əsrə aid sənduqə, başdaşı formalı, qoç, at heykəlli qəbirdaşları ərəb, fars, Azərbaycan dilli yazılarla və müxtəlif relyeflərlə Azərbaycan xalqının həyatının, məişətinin müxtəlif tərəflərini əks etdirir, xalqın tarixinə, toponimikasına, xalq təbabətinə, etnogenez məsələlərinə aydınlıq gətirir, Azərbaycanın orta əsr mədəni həyatına dair bir sıra məsələləri işıqlandırır. Bütövlükdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilənə qədər Zəngilan rayonu üzrə 96 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatında idi. İndi bu abidələrin əksəriyyəti məhv edilib.

Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri (61)
Teqlər:
Azərbaycan, Qarabağ, qəsdən məhv etmə, dini abidələr, erməni vandalizmi, mədəni irs, tarixi abidələr, Zəngilan

Əsas mövzular