CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Opera fəaliyyətinə Azərbaycanda başlayan rusiyalı ifaçı vəfat edib

© pixabay / PexelsМикрофон
Микрофон - Sputnik Azərbaycan
Abunə olmaq
V.Kravtsov yaradıcı fəaliyyətə M.F.Axundov adına Opera və Balet Teatrının xorunda başlayıb və paralel olaraq musiqi təhsili alıb

BAKI, 15 dekabr — Sputnik. Opera ifaçısı, RSFSR-in Əməkdar artisti və Böyük Vətən müharibəsi veteranı Vladimir Kravtsov 94 yaşında vəfat edib.

Sputnik Azərbaycan-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu barədə Minsk Teatrından bildirilib.

Onun dəfn tarixi hələ müəyyənləşməyib.

Məlumat üçün bildirək ki, V.Kravtsov yaradıcı fəaliyyətə M.F.Axundov adına Opera və Balet Teatrının xorunda başlayıb və paralel olaraq musiqi təhsili alıb.

1958-ci ildə Moskva Konservatoriyasını bitirib, Musiqili Teatrda işləyib. Eyni zamanda, Kravtsov dəfələrlə Moskvadakı Böyük Teatrın səhnəsində çıxış edib və truppa ilə Avropaya qastrol səfərinə gedib.

Xəbər lenti
0