14:36 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
MƏDƏNİYYƏT
Qısa URL
27310

Rejissor: "Hörmətli Mədəniyyət Nazirliyi və kinoya aidiyyatı olan qurumlar, çox xahiş edirəm, imkan verin, əsgərlərimizin və şəhidlərimizin qəhrəmanlığını tək Instagram-dan, Tik-tok-dan yox, həm də böyük filmlərdən izləsinlər".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 7 dekabr — Sputnik. "Hörmətli Mədəniyyət Nazirliyi və kinoya aidiyyatı olan qurumlar! Çox xahiş edirəm, imkan verin əsgərlərimizin və şəhidlərimizin qəhrəmanlığını tək Instagram-dan, Tik-tok-dan yox, həm də böyük filmlər vasitəsilə xalqa tanıdaq".

Sputnik Azırbaycan xəbər verir ki, bu sözləri rejissor Kənan Mahmudov (Kənan MM) özünün "Instagram" hesabında yazıb. Sabiq mədəniyyət naziri Əbulfəz Qarayevi sərt tənqid edən rejissor bir müddət sonra sosial şəbəkələrin öz aktuallığını itirəcəyini bildirib:

"Bir müddət sonra "Instagram", "Tik-tok" öz aktuallığını itirəcək. Ondan sonra hər birimiz vicdan əzabı çəkəcəyik. İnşallah mesaj ünvanına çatar, dövlət dəstək olar. Bizi "vine" çəkənlərin mənasız sponsorlarına möhtac etməyin. Rəsmi bir cavab, bir açıqlama verin, biz də işimizi bilək. Ya həyatımızın qalan hissəsini qəhrəmanlarımızın, şəhidlərimizin həyatını işıqlandırmağa həsr edək, ya da çıxaq gedək kimə harada lazımıq, harada dəyərliyik ora".

View this post on Instagram

A post shared by Kanan Mahmudov (@kenan_mm)

Rejissor əlavə edib ki, kreslolar, kabinetlər müvəqqətidir. Amma qəhrəmanlar və onları əks etdirən tarixi filmlər əbədidir.

"İmkan yaradın istedadımızı, təcrübəmizi şəhidlərimizin yoluna fəda edək. İnanıram ki, aranızda şərəfli, mərd insanlar var", - deyə rejissor əlavə edib.

Teqlər:
rejissor, Mədəniyyət Nazirliyi

Əsas mövzular