15:57 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
MƏDƏNİYYƏT
Qısa URL
22 0 0

O, Brukerin ssenarisi əsasında başlayan çəkilişlərdə 2020-ci il barədə sualları cavablandıran tarixçi rolunu oynayacaq. "Mən orada kifayət qədər xoşagəlməz biriyəm, amma parikim xoşunuza gələcək", - deyə Hollivud ulduzu bildirib

BAKI, 3 dekabr — Sputnik. Müasir texnologiyalardan bəhs edən "Black Mirror" elmi fantastika serialının şouranneri Çarli Bruker 2020-ci il barədə mokumentari janrında (Sənədli film üslubunda bədii film) film çəkəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə filmdə rol alan məşhur aktyor Hyu Qrant bildirib.

O, Brukerin ssenarisi əsasında başlayan çəkilişlərdə 2020-ci il barədə sualları cavablandıran tarixçi rolunu oynayacaq. "Mən orada kifayət qədər xoşagəlməz biriyəm, amma parikim xoşunuza gələcək", - deyə Hollivud ulduzu bildirib.

Film "Netflix"də yayımlanacaq. Layihə haqqında əlavə təfərrüatlar bildirilməyib.

Əsas mövzular