22:31 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
MƏDƏNİYYƏT
Qısa URL
97 0 0

Çarxda tarixi Şuşa qalası, şair, Xan qızı Xurşidbanu Natəvanın evi, Yuxarı Gövhər ağa məscidi, "Çətir şəlaləsi", İsa bulağı haqqında məlumatlar təqdim olunur

BAKI, 30 noyabr — Sputnik. Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Şuşanın gəzməli-görməli yerləri haqqında tanıtım videoçarxı hazırlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi "Facebook" səhifəsində etdiyi paylaşımla məlumat verib.

"Şuşa təbiəti, tarixi, mədəniyyəti, memarlığı ilə Qarabağın turizm mərkəzidir. Şanlı Ordumuzun Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmanlıq dastanı yazaraq düşmən işğalından azad etdiyi Şuşanın gəzməli-görməli yerlərini təqdim edirik", - deyə Fuad Nağıyev qeyd edib.

Çarxda Şuşanın gəzməli-görməli yerləri, o cümlədən tarixi Şuşa qalası, şair, istedadlı rəssam və xeyriyyəçi Xan qızı Xurşidbanu Natəvanın evi, Şuşa şəhərinin mərkəzi meydanında inşa edilmiş Yuxarı Gövhər ağa məscidi, mərkəzdən 150 metr məsafədə yerləşən Aşağı Gövhər ağa məscidi, Daşaltı dərəsindəki "Çətir şəlaləsi", XVIII əsrdə bir əkinçi tərəfindən aşkarlanan İsa bulağı, cıdır yarışlarının təşkil edildiyi və Novruz bayramlarının keçirildiyi Cıdır düzü haqqında məlumatlar təqdim olunur.

Qeyd edək ki, Agentlik tərəfindən bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlı və Zəngilanın gəzməli-görməli yerləri haqqında videoçarx təqdim olunmuşdu.

Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ videoçarxların hazırlanması nəzərdə tutulub.

Teqlər:
Qarabağ, Dövlət Turizm Agentliyi, tanıtım çarxı, gəzməli-görməli yerlər, video, Şuşa

Əsas mövzular