CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhidimizin xanımı yeni musiqisini təqdim edib - VİDEO

© Sputnik / Ilham MustafayevФлаг Азербайджана
Флаг Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Kompozisiyanın sözləri və musiqisi şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynovaya aiddir.

BAKI, 29 noyabr — Sputnik. "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynovanın müəllifi olduğu "Yenilməzsən Azərbaycan!" musiqi kompozisiyasının ilk təqdimatı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, musiqi kompozisiyasını xalq artistləri Fidan Hacıyeva və Samir Cəfərov ifa ediblər.

Kompozisiyanın sözləri və musiqisi Könül Hüseynovaya aiddir. Kompozisiya vətənpərvərlik və döyüş ruhundadır. Vətən müharibəsində xalqımızın qələbə sevincini və mübarizə əzmini özündə əks etdirir.

Təqdimatda MDTF-nun icraçı direktoru Mehman müəllim qeyd edib ki, daim şəhid ailələrinə və qazilərimizə irəli sürdükləri təkliflərdə dəstək olublar.

"Zəfər" Şəhid Ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Orucova bildirib ki, şəhid xanımının belə bir yaradıcılıq təşəbbüsü ilə çıxış etməsi cəmiyyətimiz üçün bir vətənpərvərlik göstəricisidir.

Kompozisiyanın müəllifi Könül xanım artıq uzun illərdir musiqi sahəsində çalışdığını qeyd edərək Vətən müharibəsinin başlanğıcında ürəyindən və düşüncəsindən keçən duyğuları nəğmələrdə ifadə etdiyini bildirib.

Xalq artistləri Fidan Hacıyeva və Samir Cəfərov kompozisiyanı məmnuniyyətlə və böyük fərəh hissi ilə ifa etdiklərini qeyd ediblər.

Kompozisiyanın qısa müddət ərzində klip şəklində hazırlanması nəzərdə tutulur.

Xəbər lenti
0