Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sovet kinosunun seks-simvolu sayılan aktrisa xəstəxanaya yerləşdirilib

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidАктриса Светлана Светличная
Актриса Светлана Светличная  - Sputnik Azərbaycan
Abunə olmaq
RSFSR əməkdar artisti insult keçirib. Kəskin baş ağrıları ilə təcili xəstəxanaya aparılan 80 yaşlı aktrisanın vəziyyətinin orta-ağır olduğu deyilir.

BAKI, 26 noyabr — Sputnik. Məşhur Sovet və Rusiya teatr və kino aktrisası Svetlana Svetliçnaya xəstəxanaya yerləşdirilib.

Sputnik Azərbaycan xəbər verir ki, RSFSR əməkdar artisti insult keçirib. Kəskin baş ağrıları ilə təcili xəstəxanaya aparılan 80 yaşlı aktrisanın vəziyyətinin orta-ağır olduğu deyilir.

​Qeyd edək ki, Svetlana Svetliçnaya 1940-cı il mayın 15-də hərbçi ailəsində doğulub. Atasının hərbi xidmətinə görə tez-tez yaşadıqları məkanı dəyişən ailədə Svetlanadan başqa iki övlad da böyüyüb.

Svetlana Svetliçnaya 1963-cü ildə Teatr İnstitutunu bitirib. Kinoda ilk işi 1960-cı ildə Mixail Kalikin "Beşik" filmində olub. Daha sonra "Laylay" bədii filmində rol alan aktrisaya şöhrət gətirən film isə "Brilyant əl" filmi olub. Həmin bədii filmdə ifa etdiyi Anna Sergeyevna obrazı ilə məşhurlaşan aktrisanı Sovet kinosunun seks-simvolu adlandırıblar.

1973-cü ildə "Baharın 17 anı" filmində Qabi obrazını ifa edib. Aktrisanın sənət yolunda bu obrazın da xüsusi yeri var.

1974-cü ildə RSFSR Əməkdar artisti adına layiq görülən aktrisaya nədənsə Rusiyanın Xalq artisti Fəxri adı təqdim edilməyib.

Svetlana Svetliçnaya 2015-ci ilin aprelində Qatçinada keçirilən "Ədəbiyyat və kino" XXI Rusiya kinofestivalında "Kinematoqrafa sədaqətə görə" mükafatına layiq görülüb.

Xəbər lenti
0