Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Cavid Təvəkkül Şuşa haqqında film çəkməyi planlaşdırır

© Photo : Facebook / IZ ProductionRejissor Cavid Təvəkkül
Rejissor Cavid Təvəkkül - Sputnik Azərbaycan
Abunə olmaq
"Filmin ssenarisi var. Bir neçə yerə müraciət etmişəm. Mənə yaxın şirkətlərdən biri 50% razılıq verib".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. Mingəçəvir Dövlət Dram Teatrının baş rejissoru Cavid Təvəkkül Şuşa haqqında film çəkməyi planlaşdırır. Rejissorun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, film bədii-informativ xarakterli olacaq. Məqsəd Şuşada baş verənləri, ta qədim zamanlardan bu günə qədər şəhərin keçdiyi tarixi mərhələləri dünya ictimaiyyətinə çatdırmaqdır: "Filmin ssenarisi var. Bir neçə yerə müraciət etmişəm. Mənə yaxın şirkətlərdən biri 50% razılıq verib, indi layihəni 100%-ə çatdırmaq üçün tamhüquqlu ikinci partnyor şirkət axtarıram. Televiziyalardan, istehsal ilə məşğul olan şirkətlərdən, biznesmenlərdən, QHT-lərdən, müxtəlif cəmiyyət və birliklərdən, ümumiyyətlə, marağı olanlardan dəstək gözləyirəm".

Rejissor bildirir ki, erməni vandalizminin dünyada tanıdılmasında kinonun rolu əvəzedilməzdir: "Təklif edirəm ki, rejissorlara imkan yaradılsın, onlar getsinlər, işğaldan azad olunmuş torpaqlarımızda filmlər çəksinlər. Bir müddət o torpaqlar abadlaşdırılmasın. Erməni vandalizmini dünyaya göstərək. Cansız daşlardan, abidələrimizdən necə qisas aldıqlarını əyani surətdə, kino vasitəsi ilə dünyaya çatdıraq".

Xəbər lenti
0