03:19 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
17 0 0

"Sarı gəlin" adlı kitaba müəllifin eyniadlı hekayəsi ilə bərabər, bir sıra məşhur əsərləri, "Missiya" adlı kitaba isə onun son illərdə yazdığı hekayələr toplanıb. Kitablarda ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib

BAKI, 19 noyabr — Sputnik. Bu günlərdə nüfuzlu "Epubil" və "Pem" nəşriyyatları Xalq yazıçısı Elçin Əfəndiyevin hekayələrindən ibarət iki kitabını nəfis şəkildə nəşr edib. Sputnik Azərbaycan xəbər verir ki, "Sarı gəlin" adlı kitaba müəllifin eyniadlı hekayəsi ilə bərabər, bir sıra məşhur əsərləri, "Missiya" adlı kitaba isə onun son illərdə yazdığı hekayələr toplanıb. Kitablarda ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.

Həm "Epubil", həm də "Pen" nəşriyyatlarının nəşr etdiyi əsərlər Avstriya və İsveçrə kitabxanaları tərəfindən alınır, eləcə də "Amazon", "Buchkatalog", "Thalia", "Higendubel", "Veltbild" kimi Avropanın ən məşhur internet satış firmaları da bu kitabları əldə edir.

Hər iki kitabdakı əsərləri türkoloq K.Hermann Kiehl alman dilinə tərcümə edib.

Qeyd edək ki, alman oxucuları Xalq yazıçısı Elçinin əsərləri ilə yaxından tanışdırlar. Onun "Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü", "Baş" romanı Almaniyada bir neçə dəfə nəşr edilib. Eləcə də Xalq yazıçısının hekayələri və povestləri toplanmış kitabları ölkənin müxtəlif nəşriyyatlarında işıq üzü görüb. Elçinin seçilmiş pyeslərindən ibarət kitabı da alman oxucularına təqdim edilib. Onun dramaturgiyası nəsr əsərləri ilə birlikdə, görkəmli ədibin yaradıcılığı haqqında alman oxucularında dolğun təsəvvür yaradıb.

Teqlər:
Elçin Əfəndiyev, Almaniya, nəşr, kitab

Əsas mövzular