12:53 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
17 0 0

Şotland əsilli britaniyalı məşhur aktyor Şon Konnerinin ilk "Ceyms Bond" filmi olan "Həkim Nou"-da (Dr.No) istifadə etdiyi silah hərracda satılacaq.

BAKI, 12 noyabr — Sputnik. Oktyabrın 31-də 90 yaşında vəfat edən məşhur aktyor, "Oskar" mükafatlı Şon Konnerinin ilk Ceyms Bond filmi olan "Həkim Nou"-da (Dr.No) istifadə etdiyi silah hərracda satılacaq.

Sputnik Azərbaycan xəbər verir ki, Ceyms Bondun silahı dekabrın 3-də ABŞ-da keçiriləcək hərracda açıq artırma yolu ilə satılacaq.

Məlumat üçün bildirək ki, Şotland əsilli britaniyalı məşhur aktyor Şon Konneri bir çox məşhur rolların ifaçısıdır. Onun ən məşhur rollarından biri Ceyms Bond obrazıdır. 1988-ci ildə Konneri "Toxunulmazlar" qanqster dramındakı ikinci plan roluna görə "Oskar" və "Qızıl qlobus" mükafatlarını alıb. Ümumilikdə aktyorun üç "Qızıl qlobus"u var".

Əsas mövzular