10:41 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
25 0 0

Sənədli filmin platformaya daxil edilməsi, bu təsirli hekayənin kinematoqrafiyasına, həmçinin, bu gün bölgədə döyüşlərin davam etdiyi vaxtda qlobal tamaşaçı üçün əhəmiyyətinə dəlalət edir

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 6 noyabr — Sputnik. "Amazon Prime" Dağlıq Qarabağ münaqişəsindən bəhs edən, mükafat qazanan yeganə uzunmetrajlı "Sonsuz Dəhliz" sənədli filmini tamaşaçılarına təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, sənədli filmin platformaya daxil edilməsi, bu təsirli hekayənin kinematoqrafiyasına, həmçinin, bu gün bölgədə döyüşlərin davam etdiyi vaxtda qlobal tamaşaçı üçün əhəmiyyətinə dəlalət edir.

Sənədli filmin bu qədər geniş izləyici auditoriyasına çatmasını təmin etmək bir çoxlarına Dağlıq Qarabağ münaqişəsinin tarixini və insan dəyərlərini daha yaxşı anlamağa imkan verəcək.

Onu da bildirək ki, Xocalı soyqırımından bəhs edən "Sonsuz dəhliz" sənədli filmində hadisələr faciə şahidlərinin litvalı jurnalist Riçard Lapaitislə söhbəti ilə təqdim olunur. Filmin çəkilişləri beş il davam edib.

"Sonsuz dəhliz" filmi 2015-ci ildə Tenerife Beynəlxalq Film Festivalında "Ən Yaxşı Sənədli film", rejissor Aleksandras Brokas isə "Ən Yaxşı Sənədli Film Rejissoru" mükafatlarını, eyni il Accolade Humanitar Mükafatlarında "Ən yaxşı Uğur" mükafatını alıb.

Oskar mükafatlı aktyor Ceremi Ayronsun rol aldığı filmi "Emmy" mükafatı laureatı Gerald Rafşun istehsal edib.

Filmin prodüseri və rejissoru Aleksandras Brokas, son gərginləşmə və münaqişənin başlaması ilə əlaqədar olaraq filmin bugünkü aktuallığını şərh edib: "Bu müharibə həm döyüş meydanında, həm də informasiya sahəsində aparılır. Saxta xəbərlər medianı bürüdüyü üçün beynəlxalq, təcrübəli və müstəqil jurnalistlərin həm təcavüzkarların, həm də qurbanların perspektivlərini göstərdikləri bizim kimi geniş miqyaslı araşdırma sənədli film hazırlanması aktual hadisələrə dəqiq baxış üçün vacibdir".

"Sonsuz Dəhliz" filmi 2015-ci ildə beynəlxalq debüt edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi "Xocalıya ədalət" məlumatlandırma kampaniyası ilə birlikdə təbliğ edilib.

Xatırladaq ki, Avropa Azərbaycan Cəmiyyəti bu məlumatlandırma kampaniyasını geniş dəstəkləyib.

Qeyd edək ki, "Amazon" yalnız ABŞ və Böyük Britaniyada 110 milyondan çox üzvü olan dünyanın ən böyük onlayn pərakəndəçisidir.

Əsas mövzular