20:00 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
23 0 0

Azərbaycanlı diplomat Azərbaycan Ordusunun işğal altında olan əraziləri azad etməsi, cəbhədə baş verən son hadisələr haqqında Salim Əl Malikə ətraflı məlumat verib.

BAKI, 4 noyabr — Sputnik. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim Əl Malik Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanovla görüşüb.

Sputnik Azərbaycan xəbər verir ki, təşkilatın baş ofisində keçirilən görüşdə Baş direktor Ermənistanın işğalı altında olan və hazırda döyüşlərin davam etdiyi Azərbaycan torpaqlarında qədim abidələrin, o cümlədən məscidlərin dağıdılmasından narahatlığını ifadə edib. Vurğulayıb ki, ICESCO dağıdılmış abidələrin bərpası üçün ölkəmizə yardım edəcək, bu sahədə mütəxəssislər üçün təlim kursları təşkil olunacaq.

Azərbaycanlı diplomat Azərbaycan Ordusunun işğal altında olan əraziləri azad etməsi, cəbhədə baş verən son hadisələr haqqında Salim Əl Malikə ətraflı məlumat verib. O, ölkəmizin ədalətli mövqeyinə göstərdiyi dəstəyə görə ICESCO-nun Baş direktoruna təşəkkürünü bildirib. Əlavə edib ki, təşkilatın sentyabrın sonunda yaydığı bəyanatda beynəlxalq hüququn normalarına əməl edilməsinin, işğal altındakı ərazilərdə tarixi-mədəni abidələrin əsl sahibi olan Azərbaycanın suveren hüquqlarının bərpasının vacibliyi xüsusilə vurğulanıb.

Görüşdə Azərbaycan və ICESCO arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri də müzakirə edilib.

Əsas mövzular

  • Türkiyə sülhməramlıları, arxiv şəkli

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də bəyan edib ki, Ankara ilə Moskva Qarabağda atəşkəsə nəzarət üzrə mərkəzin yaradılmasına dair memorandum imzalayıblar və türk hərbçilər də birgə sülhyaratma missiyasında iştirak edəcəklər

    45
  • Əklil

    Cavid Zeynallı Əjdər Həmidovun bir neçə saat əvvəl Kliniki Tibbi Mərkəzdə vəfat etdiyini deyib: "Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi, insultdan əziyyət çəkirdi".

    25
  • Təzə Bazar, arxiv şəkli

    "Bazarda yeraltı dayanacaqlar da nəzərdə tutulub. Bilirsiniz ki, Bakıda dayanacaq problemi var. Bu problemlər hamısı düşünülüb. Bu səbəbdən də tikintinin müddəti müəyyən dövr çəkəcək"

    21