07:52 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
20 0 0

Xalq şairi Musa Yaqubun türk dilinə tərcümə edilmiş "Günəbaxan tarlasının son nəğməsi", "Nə olacaq, olacaq", "Ümidin sarı qanadı" kimi şeirlərinin yayınına başlayıb.

BAKI, 3 noyabr — Sputnik. Türkiyənin populyar Erikagacioyku.com ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Musa Yaqubun türk dilinə tərcümə edilmiş "Günəbaxan tarlasının son nəğməsi", "Nə olacaq, olacaq", "Ümidin sarı qanadı" kimi şeirlərinin yayınına başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, 2015-ci ildən fəaliyyət göstərən portal bu ilin iyun ayından başlayaraq Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan ədəbiyyatının aparıcı nümunələrini işıqlandıran "Azərbaycan ədəbiyyatı" bölməsini açıb. Bölməyə yerləşdirilmiş şeirlər Musa Yaqubun yaradıcılığı haqqında məlumatla təqdim edilir.

Bölmənin klassik Azərbaycan ədəbiyyatı ilə yanaşı, müasir Azərbaycan ədəbiyyatı nümunələrini də mütəmadi olaraq işıqlandıracağı nəzərdə tutulur.

Əsas mövzular