16:02 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
13 0 0

Şəhla Qasımovanın tərcüməsində indiyədək Özbəkistandakı ədəbi qəzet və jurnallarda Azərbaycanın şair və yazıçılarının şeir, hekayə və povestləri çap olunub, Daşkənddə və Bakıda bir neçə kitabı işıq üzü görüb

BAKI, 3 noyabr — Sputnik. Özbəkistanın "Saodat" jurnalında Azərbaycan yazıçısı Qərib Mehdinin "Sınmayan vəfa" adlı hekayəsi dərc olunub.

Sputnik Azərbaycan xəbər verir ki, hekayəni orijinaldan özbək dilinə ədəbiyyatımızın dostu, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Şəhla Qasımova çevirib.

Xatırladırıq ki, Şəhla Qasımovanın tərcüməsində indiyədək Özbəkistandakı ədəbi qəzet və jurnallarda Azərbaycanın şair və yazıçılarının şeir, hekayə və povestləri çap olunub, Daşkənddə və Bakıda bir neçə kitabı işıq üzü görüb.

Şəhla Qasımova indi də Özbəkistanın ədəbi jurnal və qəzetlərində müntəzəm olaraq Azərbaycan ədəbiyyatı nümunələrini özbək dilində çap etdirir.

Əsas mövzular