16:31 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
24910

"36 dəqiqəlik bədii-sənədli filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə kadrlar təşkil edir. Bu kadrlar Almaniyadan əldə olunub və Rusiyanın Sankt-Peterburq şəhərində yenidən canlandırılıb"

BAKI, 3 noyabr - Sputnik. Hacı Zeynalabdin Tağıyevdən bəhs edən "100 il şərəfli ömür" filmi Lissabon - Heritales International Heritage Film Festivalında digər ölkələrin filmləri ilə mübarizə apararaq, festivalın finalçı sertifikatına layiq görülüb.

Film Lissabon  Heritales - International Heritage Film Festivalı, Lissabondaki Lusófona Universitetində nümayiş etdirlib. UNESCO-nun və Portuqaliya Mədəni İrs baş direktorluğu (DGPC) tərəfindən dəstəklənib və mükafatlandırılıb.

Bu barədə Sputnik Azərbaycan-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov bildirib. Onun sözlərinə görə, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir.

Cəlaləddin Qasımov
"100 il şərəfli ömür" filminin posteri

"Hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı olmayaraq soydaşlarının imdadına çatıb, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, habelə milli kadrların hazırlanması üçün zəruri tarixi missiya həyata keçirib. Hələ Bakı Dövlət Universitetində oxuduğum illərdən başlayaraq bu görkəmli sahibkar və xeyriyyəçi haqda çoxlu məlumatlar əldə etmişdim. Bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığmışdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin əsasına çevriləcək”, - Qasımov deyib.

O, XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə də böyük xeyriyyəçinin həyatının müxtəlif məqamlarına güzgü tutan kadrların Almaniya arxivlərindən əldə edilməsinə böyük zaman sərf etdiyini bildirib.

C.Qasımov söyləyib ki, ekran əsərinin gələcəkdə müxtəlif beynəlxalq festivallarda nümayiş etdiriliməsi haqda da düşünür:

“Ekran əsəri vasitəsilə azərbaycanlı milyonçunun ötən əsrin əvvəllərində xalqının inkişafı naminə gördüyü çoxsaylı işləri geniş auditoriyaya çatdırmaq bizim üçün faydalıdır. Bu, insanları faydalı işlər görməyə, gənc nəsildə vətənpərvərlik hisslərini daha da yüksəltməyə hesablanmış bir addımdır”.

Ssenarisi üzərində üç ildən çoxdur işlədiyini söyləyən C.Qasımov həm tələbəlik illərində, həm də sonradan əldə etdiyi məlumatların bu filmi çəkməyə onda əminlik yaratdığını vurğulayıb: “Elə bu məqsədlə 36 dəqiqəlik bədii-sənədli filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə kadrlar təşkil edir. Bu kadrlar Almaniyadan əldə olunub və Rusiyanın Sankt-Peterburq şəhərində yenidən canlandırılıb. Bütün bunlar əsasən beynəlxalq festivallar üçün nəzərdə tutulub”.

Ssenarist əlavə edib ki, ekran əsərində Hacı Zeynalabdin Tağıyevin Stalinlə görüşlərindən, Nobel qardaşlarının ən böyük rəqiblərindən birinin Hacı Zeynalabdin olmasına baxmayaraq, ata Nobelin Hacıya böyük hörmətindən, Hacının reallaşdırdığı bütün xeyriyyə işlərində Nobel qardaşlarının da iştirakından söhbət açılır. Həmçinin, Hacının Musa Nağıyevlə dostluğuna da filmdə xüsusi yer ayrılıb. Ekran əsərində Bakıda XX əsrin əvvəllərində baş verən tarixi hadisələrə də toxunulur.

“Biz şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Filmlərin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza aparmışıq”, - deyə C.Qasımov bildirib. 

"Azərbaycan mədəniyyətini, dəyərlərini dünyada tanıtmağımla qürur duyuram. Bu, təkcə mənim yox, bütövlükdə Azərbaycanımızın uğurudur. Düşünürəm ki, hər bir yaradıcı insan qismən də olsa ölkəmizin təbliği işinə töhfə verməlidir", - rejissor əlavə edib.

Heritales - International Heritage Film Festivalı dünyanın fərqli mədəniyyətlərinin tanıdılması, mədəni irs tarixi mövzusunda işıqlandırılan filmləri qəbul edir.

Əlaqədar

Nizami Abbas: "Toyxana estetikası ilə çəkilən kadrlarla salnamə yaratmaq olmaz"
Əfsanəvi "Ceyms Bond" vəfat etdi
"Mən Gəncəyəm" - Gəncədə baş verən terror haqqında sənədli film çəkildi
Azərbaycan kinosunun əfsanəsi: Cəbiş müəllim “Arşın mal alan” haqda
Bütün dövrlərin ən qorxulu dəhşət filmi müəyyənləşdi
Teqlər:
rejissor, Cəlaləddin Qasımov, Hacı Zeynalabdin Tağıyev, Lissabon, festival, film

Əsas mövzular