QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Hollivud ulduzundan Azərbaycana dəstək

© © Jordan Strauss / Invision / APРассел Кроу, фото из архива
Рассел Кроу, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Krou "Instagram" hesabının hekayə bölümündə Türkiyənin məşhur aktyoru Cem Yılmaz və Yılmaz Erdoğan ilə fotosunu paylaşaraq Ermənistana mesaj verib

BAKI, 23 oktyabr — Sputnik. Son günlər Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatları nəticəsində Cəbrayıl, Füzuli və Zəngilan şəhərləri də daxil olmaqla bir sıra kəndlərimizin işğaldan azad olunması xəbəri bütün dünyanın diqqətini Azərbaycanın üzərinə yönəldib. Bu dəfə Hollivud ulduzu Rassel Krou Azərbaycana dəstək gəlib.

© © Instagram / russellcroweRassel Krounun paylaşımının skrinşotu
Hollivud ulduzundan Azərbaycana dəstək - Sputnik Azərbaycan
Rassel Krounun paylaşımının skrinşotu

Sputnik Azərbaycan xəbər verir ki, Rassel Krou "Instagram" hesabının hekayə bölümündə Türkiyənin məşhur aktyoru Cem Yılmaz və Yılmaz Erdoğan ilə fotosunu paylaşaraq Ermənistana mesaj verib.

"Mən müharibənin əleyhinəyəm, 30 il bundan öncə olduğu kimi... Və BMT nizamnamələri adi kağız parçasından ibarət deyil", - deyə o qeyd edib.

Xəbər lenti
0