Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

ANİMAFİLM Festivalı bu dəfə uşaqlara Qarabağ həqiqətlərini çatdıracaq

© Pexels freestocks.orgКинопленка, фото из архива
Кинопленка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Builki ANİMAFİLM Festivalının əsas məqsədi müharibə dövründə uşaqlara və gənclərə dəstək olmaq və maarifləndirməkdir

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 14 oktyabr — Sputnik. III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 14-18 oktyabr 2020-ci il tarixində onlayn və canlı formatda Bakı şəhərində keçiriləcək. ANİMAFİLM Festivalının direktoru, Avropa Animasiya Mükafatının səfiri Rəşid Ağamalıyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, builki ANİMAFİLM Festivalının əsas məqsədi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş tarixi və qanuni əraziləri uğrunda mübarizə apardığı dövrdə uşaqlara və gənclərə dəstək olmaq və maarifləndirməkdir: "Bu il əyləncə xarakteri daşıyan müsabiqədə proqram nümayiş etdirilməyəcək, yalnız rəsmi və maarifləndirmə xarakteri daşıyan animasiya ustad dərsləri, açılış və bağlanış mərasimləri, beynəlxalq münsiflər heyəti ilə görüş, qaliblərin elan edilməsi proqramları qüvvədə qalır".

III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının bəyanatında da qeyd olunduğu kimi, bu il əyləncə xarakteri daşıyan müsabiqədə və müsabiqədənkənar proqramlar nümayiş etdirilməyəcək, yalnız uşaqlar və gənc animasiya həvəskarları üçün maarifləndirici seminarlar, rəsmi xarakter daşıyan açılış və bağlanış mərasimi həyata keçiriləcək.

Festivalın bağlanış mərasimi 18 oktyabrda keçiriləcək.

Xəbər lenti
0