08:25 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (660)
123 0 0

"MTV Azərbaycan"da yayımlanan "10-da görüşək" verilişində virtual qonaq olan türkiyəli müğənni Sərdar Ortac Türkiyənin Azərbaycana dəstəyi haqında danışıb.

BAKI, 10 oktyabr — Sputnik. "Təkrar Qarabağ Azərbaycana qayıtsın, azad olunsun, orada ilk konserti özüm verəcəm!" Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Türkiyənin məşhur müğənnisi Sərdac Ortac deyib.

"MTV Azərbaycan"da yayımlanan "10-da görüşək" verilişində virtual qonaq olan türkiyəli müğənni Sərdar Ortac Qarabağ döyüşləri haqda aparıcı Samir Bayramlının suallarını cavablandırıb: "Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan dost, qardaşdır. Bütün türklər hamımız beləyik. Qarabağ getdi, Azərbaycan 30 il gözlədi, səbr etdi. Heç nə demədi. İndiki vəziyyətdə müharibə doğrudur. Yetər! Madam ki, sən danışmağı bacarmırsan, təbii ki, müharibə olacaq. Çünki ora bizim torpaqdır. İnşallah, müharibə bitər".

Qeyd edək ki, məşhur müğənni "Instagram" sosial şəbəkəsində dəfələrlə Azərbaycana dəstəyini bildirib.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (660)

Əlaqədar

Bir xoş söz yetər - Əsgərlərə dəstək göstərmək üçün möhtəşəm layihə
"Qarabağda müharibənin sonunadək hər əsgərə bir bağlama" - rusiyalı biznesmendən aksiya
Dünya şöhrətli reper ermənilərə dəstək yönümlü postunu silib
Yəhudilər Qarabağda Azərbaycanın qələbəsi üçün dua etdilər
Qardaş ölkənin dəstəyi davam edir - "İki dövlət, bir millət" təkcə şüar deyil"

Əsas mövzular