06:41 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
183 0 0

Azərbaycanlılar şərh bölməsində Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı, torpaqlarımızın zəbt edilməsini və bir çox tarixi faktları qeyd ediblər. Müğənni bu şərhlərdən nəticə çıxarıb, həmin statusu silib.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 6 oktyabr — Sputnik. Britaniyalı musiqiçi Elton Con erməni silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağdakı hərbi əməliyyatlara reaksiya göstərərək, ermənilərlə həmrəylik nümayiş etdirmişdi.

Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə özünün "Instagram" səhifəsində qırmızı kvadrat yerləşdirərərk yazmışdı: "Bu gün başqalarına qoşuluram və qırmızı kvadratı dərc edirəm. 2018-ci ilin may ayında bu gözəl ölkəni ziyarət etdim və erməni xalqının mənə göstərdiyi xeyirxahlığa və insanlığa heyran qaldım. İndi Ermənistan və Qarabağ (işğal edilən Azərbaycan torpağı) Azərbaycan-Türkiyənin hücumuna məruz qalır. Mülki insanlar təhlükə altındadırlar və hər iki tərəfdən insanlar ölürlər. Ermənilər gözəl insanlardır və sülhə layiqdirlər".

Elton Conun paylaşımının skrinşotu

Onun bu statusu azərbaycanlı və türk izləyicilərinin hiddətinə səbəb olub. Onlar şərh bölməsində Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı, torpaqlarımızın zəbt edilməsi və bir çox tarixi faktları qeyd ediblər.

Müğənni bu şərhlərdən nəticə çıxarıb, həmin statusu silib.

Əsas mövzular