16:48 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
244 0 0

"Şuşada, Laçında, Kəlbəcərdə Azərbaycan bayrağı dalğalansın, mən də bir sənətçi kimi orada "Çırpınırdı Qara dəniz" mahnısını oxuyum, orada konsert verim".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. "Çırpınırdı Qara dəniz" mahnısı ilə Türk dünyasında sevilən Xalq artisti Azərin TGRT haber kanalında sentyabr ayının 27-dən başlayaraq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun düşmənə qarşı apardığı döyüşlər haqqında danışıb. Sputnik Azərbaycan xəbər verir ki, müğənninin bu çıxışı sosial şəbəkə izləyiciləri tərəfindən rəğbətlə qarşılanıb: "Artıq bitdi. Azərbaycan türkü yanında Türkiyənin də gücünü hiss edərək sözünü dedi, inşallah ki, sonuna qədər gedəcək. Azərbaycan türkünün istəyi də budur ki, sonuna qədər getsin. Nəyin bahasına olursa olsun, topraqlar geri qaytarılsın. Şuşada, Laçında, Kəlbəcərdə Azərbaycan bayrağı dalğalansın, mən də bir sənətçi kimi orada "Çırpınırdı Qara dəniz" mahnısını oxuyum, orada konsert verim".

Посмотреть эту публикацию в Instagram

Публикация от AZERİN (@_azerin_)

Azərbaycan Respublikası Daxili Qoşunların Hərbi Orkestrinin dirijoru, Baş Leytenant Azərin əlavə edib ki, 30 ilə yaxındır, Qarabağsız böyük bir nəsil yetişir. Artıq bu problemi danışıqlar aparmaqla həll etmək olmaz: "Qarabağsız yetişən gənclər bu gün şəhid olurlar. 30 ildir ki, Azərbaycan anaları, başda vitse-prezident Mehriban Əliyeva olmaqla, hər kəs erməni analarına müraciət etdi ki, "göndərməyin oğullarınızı". Dəfələrlə bu problemin sülh yolu ilə həll olunması üçün danışıqlar aparıldı. Amma yetər. Erməni terrorçuları tərəfindən qətlə yetirilən balaca körpələrimizin cavabını kim verəcək?"

"200 ildir onlar türkün üzərindən siyasət aparırlar. Ermənilər müxtəlif ölkələrin və kənardan erməni lobbisinin hesabına dolanır, silahla təmin olunurlar. Hələ bu azmış kimi, qondarma soyqırım məsələsini də ortalığa atıblar. Əslində biz danışmalı idik. Bəlkə biz danışsaydıq, Xocalı faciəsi olmazdı, torpaqlarımız əldən getməzdi. Danışıqlarla bu məsələni həll etmək olmaz. Türkiyə dövləti də neçə il PKK ilə mübarizə apardı, nəhayət ki, bunun öhdəsindən gəldi. Ümid edirəm ki, tezliklə bu problem həll olunar", - deyə Xalq artisti əlavə edib.

Xalq artisti sosial şəbəkə izləyicilərinə də səslənib: "Xahiş edirəm, Kim Kardaşyanın fikirlərini paylaşmayın. O tipli insanları reklam etməyin. Məni etiketləyirlər, etməyin".

Əsas mövzular