19:07 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1130)
10210

Son iki gündə Azərbaycan Ordusunun qazandığı qələbələr Xalq artisti Flora Kərimovanı da duyğulandırıb

BAKI, 29 sentyabr — Sputnik. Son iki gündə Azərbaycan Ordusunun qazandığı qələbələr Xalq artisti Flora Kərimovanı da duyğulandırıb. Sputnik Azərbaycan xəbər verir ki, sosial şəbəkədə video paylaşan müğənni bir çox kəndin düşməndən azad edilməsi xəbərindən danışıb.

O bildirib ki, sevincindən ağlayıb: "Nisgilli ürəklərin kamını alan igidlərim, analarınızın südü, torpağınızın çörəyi sizə halal olsun. Uca tanrım sizi qorusun. Dünyadan köçənlərə Allah rəhmət eləsin. Bizə azadlığımızı bağışlayan şəhidlərimizin ruhu şad olsun. Hamınızı təbrik edirəm. Sevindiyimdən ağlayıram. Bu günü yaşadığıma görə tanrıma təşəkkür edirəm. Yalvarırdım, Ya rəbb, üzünü bizə tərəf çevir. Axır ki, tanrının yadına düşdük. Bu yolda səbrlə irəliləyən dövlətimə çox sağ ol deyirəm. Hamımız sizə borcluyuq. Bayramınız mübarək! Düşünürəm ki, hələ təbriklər və xoş günlər qabaqdadır. Yaşım çatsa, Qarabağdan mənim də səsim gələcək".

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1130)
Teqlər:
Azərbaycan ordusu, erməni təxribatı, cəbhə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular