11:37 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
28 0 0

Müsabiqə gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcəkMüsabiqə gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək "Avroviziya-2021" mahnı müsabiqəsində Azərbaycanın iştirakı təsdiqlənib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Aynurə Asimqızının Sputnik Azərbaycan-a verdiyi məlumata əsasən, 18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq "Avroviziya-2021" mahnı müsabiqəsində ölkəmizi Samirə Efendi təmsil edəcək. Şöbə müdiri bildirib ki, mahnı hələ təsdiqlənməyib.

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan "Avroviziya"nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

"Avroviziya-2021" mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.

Əlaqədar

"Avroviziya"nın qalibi Sabunçu xəstəxanasını lağa qoyub
“O səs Türkiyə”nin qalibi Aygün Kazımovanın qızı ilə oxudu - VİDEO
"Avroviziya"nın ölkəmizdəki nümayəndə heyətinin rəhbəri məlum olub
Azərbaycanlı müğənni həyatdan tez getmiş reperlərə yeni trek həsr edib
"Avroviziya" mahnı müsabiqəsi bu dəfə Amerikada
Teqlər:
İTV, Samirə Efendi, "Avroviziya" mahnı müsabiqəsi, mahnı

Əsas mövzular