05:57 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
2910

"Müvəqqəti də olsa, hələ ki bu üsülla layihələrimizi davam etdirəcəyik""Müvəqqəti də olsa, hələ ki bu üsülla layihələrimizi davam etdirəcəyik"

BAKI, 17 sentyabr — Sputnik. Sentyabr ayının 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 111-ci mövsümünü (onlayn) açıq elan edəcək. Teatrın mətbuat katibi Fəridə Aslanovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, həmin gün Milli Musiqi Günümüz və Üzeyir Hacıbəylinin 135 illiyi münasibətilə dahi bəstəkarın ölməz əsərlərindən olan "Ər və arvad" musiqili komediyası saat 19:00-da sosial şəbəkə izləyicilərinin ixtiyarına veriləcək: Sentyabrın 19-da "O olmasın, bu olsun", 20-də "Arşın mal alan" səhnə əsərləri də eyni saatda onlayn nümayiş olunacaq. Müvəqqəti də olsa, hələ ki bu üsulla layihələrimizi davam etdirəcəyik. Teatrdan ötrü çox darıxdığınızı bilirik. Ümidvarıq ki, hamımızın gözlədiyimiz gün uzaqda deyil".

Fəridə Aslanovanın sözlərinə görə, teatr pandemiya dövründə fəaliyyətini onlayn şəkildə davam etdirir: "Son günlərdə yaşadığımız problemlərə görə, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi də fəaliyyətini onlayn davam etdirir. Teatrımızın daim aktiv olan "Facebook", "Instagram" və "Youtube" hesabları var və müvəqqəti olaraq tamaşaçılarımızla bu sosial şəbəkələrimizdəki hesablarımız vasitəsilə görüşürük".

Müsahibimizin sözlərinə görə, teatrın bütün yaradıcı heyəti, eyni zamanda, könüllülər dəstəsi "Evdə qal" kampaniyasına qoşularaq müxtəlif video roliklər vasitəsi ilə çağırışlar etdiriblər: "Teatrın simfonik orkestrinin solisti, beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu Firuzə Nəcəfli bu kompaniya çərçivəsində dünyanın müxtəlif ölkələrinin sənət adamları ilə beynəlxalq layihəyə imza atıb. Onun təşəbbüsü ilə ayrı-ayrı ölkələrdə yaşayan türk və ispan musiqiçiləri virtual şəkildə bir araya gələrək maraqlı bir musiqi nömrəsi təqdim ediblər".

Aslanova bildirir ki, teatrın əməkdaşları mütəmadi olaraq ev şəraitində etdikləri məşqlərdən görüntülər paylaşıblar: "Texnikanin gücündən istifadə edərək hazırlıq prosesində olan bəzi tamaşalarımızın kollektiv məşqləri də aparılır. Tamaşalarımızın video yazıları "Youtube" hesabımızda və rəsmi saytımızda öncədən yerləşdirilmiş olsa da, karantinin ilk günlərindən başlayaraq, əlavə virtual repertuar tərtib edildi və tamaşalar həftənin üç günü – cümə, şənbə və bazar günləri teatrımızın "Facebook" səhifəsində canlı olaraq nümayiş etdirilib".

Mətbuat katibi əlavə edib ki, teatrın demək olar ki, bütün yaradıcı heyəti Mədəniyyət Nazirliyi və Mədəniyyət kanalının birlikdə təşkil etdiyi XX əsr Azərbaycan operatta inciləri layihəsində, Üzeyir Hacıbəyli, eləcə də, Q.Qarayev və F.Əmirov telehəftələrində iştirak ediblər: "Böyük əhəmiyyət kəsb edən bu layihələrdə ayrı-ayrı aktyorlarımız həm solo ifalari ilə çıxış etdilər, həm də teatrın orkestr heyəti Ü.Hacıbəyli telehəftəsi çərçivəsində baş dirijor, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin müşayiəti ilə kollektiv olaraq dahi bəstəkarın "Arazbari" simfonik əsərini ifa ediblər".

"Mövcud vəziyyət onu göstərdi ki, tamaşaların yüksək keyfiyyətlə lentə alınması çox vacib məsələlərdən biridir. Çünki, onlayn nümayişlər keyfiyyətli videoçəkilişlər tələb edir. Bu səbəbdən teatrın daxilində mini studiya yaradıldı. Bu studiyada onlayn fəaliyyətimizin yüksək keyfiyyətlə həyata keçirilməsi üçün müxtəlif layihələr (təbii ki, karantin qaydalarına riayət olunaraq) hazırlanır və sosial şəbəkələr vasitəsilə tamaşaçılara təqdim olunur. Studiyanın ilk "Qrim otağı" layihəsi artıq tamaşaçılara təqdim olunmuş və böyük marağa səbəb olmuşdur. Bundan başqa, aktyorlarla tamaşaçılar arasında virtual görüşləri daha canlı və maraqlı etmək məqsədilə "Sual ver, cavab al" layihəsi həyata keçirildi. Bu layihədə tamaşaçılar sevdikləri aktyorlara suallar ünvanladılar və aktyorlar onların suallarını görüntülü şəkildə cavablandırdılar", - deyə əlavə edib.

Əsas mövzular