00:52 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
3610

Məşhur aktyorun bir ildən artıqdır ki, Los-Ancelesdəki evini rekonstruksiya etdirməsi qonşuları bezdirib

BAKI, 5 sentyabr — Sputnik. Hollivud aktyoru, "Oskar" mükafatı laureatı Corc Kluninin bir ildən artıqdır ki, Los-Ancelesdəki evini rekonstruksiya etdirməsi qonşuları bezdirib. Sputinik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, aktyorun qonşuları mütəmadi davam edən səs-küy və çoxsaylı yük maşınlarından şikayət edirlər. Texnika, demək olar ki, bütün küçəni tutur və qonşu evlərin yaxınlığında belə park yerləri qalmır. Sakinlər bildirirlər ki, tikintinin əvvəlində vəziyyət daha bərbad idi. Həmin vaxt əraziyə betonqarışdıran maşınlar da gəlirdi və bərk səs-küy yaranırdı. İnşaat işlərinin yaxın altı ayda bitməyəcəyi deyilir. 

Rekonstruksiya aktyorun həyat yoldaşı və uşaqları ilə birlikdə yaşadığı malikanənin yaxınlığında aparılır. Beləliklə ərazidə daha bir villa, oyun kompleksi, hovuz və şəxsi funikulyor olacaq. Məlumata görə, tikinti işləri ümumilikdə bir milyon dollardan (1,7 milyon AZN) artıq vəsaitə başa gələcək.

Məlumat üçün bildirək ki, Corc Kluni yaradıcı ailədə böyüyüb. Onun atası televiziyada çalışır və özünün şəxsi "Nik Kluninin Şousu" proqramını aparır. Buna görə də Corc artıq 5 yaşında teleekranlara çıxır, reklam çarxlarında çəkilir. Əmisioğlu onu filmdə oynamağa dəvət edir, o da razılaşır. Ancaq film ekranlara çıxmır. Corc Kluni bu dəvətdən sonra şou-biznesdə qalmağa və Hollivudda aktyorluq fəaliyyətinə başlamağa qəti qərar verir. Bir müddət ayaqqabı, siqaret satmaqla məşğul olduqdan sonra o, yığdığı pullarla Los-Ancelesə yola düşür. O, bir neçə serialda, bir neçə filmin çəkilişlərində rol alır. Aktyorun ən uğurlu işi "Təcili yardım maşını" serialının ekranlara çıxışı olur. Serial ABŞ və daha bir neçə ölkədə yayımlanır.

Bu çəkilişdən sonra aktyora bir-birinin ardınca, ardı-arası kəsilməyən təkliflər gəlir, 1996-cı ildə "Qürubdan gündoğana qədər", "Bir gözəl gün" filmləri çəkilir. 1997-ci ildə o, uşaqların sevimli qəhrəmanı Betmenı canlandıran 4 seriyalı filmə çəkilir. Film istənilən uğuru əldə etməsə də, o, tamaşaçıların diqqəti və tənqidləri ilə yetərincə üzləşir. O "Sülhməramlı", "Nəzərdən uzaq", "Nazik, qırmızı xətt" və başqa filmlərdə unudulmaz obrazlar yaradır.

Əlaqədar

Hollivud ulduzu keçmiş sevgilisinin bənzəri ilə eşq yaşayır
Koronavirus "Qaya"nı da haqladı: Hollivud ulduzu ailəlikcə yoluxdu
Hollivud aktyoruna azərbaycanlı rəssamdan ithaf
Robert de Niro və Al Paçino yenidən eyni filmdə rol aldılar
“Əsas instinkt”in ulduzu bütün sirlərini açacaq

Əsas mövzular