Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Populyar serialın yaradıcıları yeni layihəyə hazırlaşırlar

© AFP 2023 / SYLVAIN THOMASХлопушка-нумератор
Хлопушка-нумератор - Sputnik Azərbaycan
Abunə olmaq
"Hər şey kiçik mavi planetdəki həyatdan başlayır və kainatın uzaq hissələri ilə sona çatır. Həyatımızın növbəti bir neçə ilini bu hekayəni ekrana uyğunlaşdırmaq üçün keçirə bilməyi səbirsizliklə gözləyirik".

BAKI, 4 sentyabr — Sputnik. "Taxt-tac oyunları" icraçı prodüserləri Devid Benioff və D.B.Uays Çinin fantastik "Üç Bədən Problemi" trilogiyası əsasında "Netflix" üçün serial çəkilişlərinə başlayacaqlarını bildiriblər. Sputnik Azərbaycan xarici mediaya istinadən bildirir ki, müəllifi Lyu Tsısin olan əsərdə bəşəriyyətin yad planetli sivilizasiya ilə ilk təmasından bəhs edilir.

Senaristlər bu kitabı indiyə qədər oxuduqları ən iddialı elmi fantastika adlandırıblar:

"Hər şey kiçik mavi planetdəki həyatdan başlayır və kainatın uzaq hissələri ilə sona çatır. Həyatımızın növbəti bir neçə ilini bu hekayəni ekrana uyğunlaşdırmaq üçün keçirə bilməyi səbirsizliklə gözləyirik".

Layihənin digər ssenari müəllifi Aleksandr Vudur.

Xəbər lenti
0