CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlının “əriyən xalçaları” əcnəbiləri heyrətə saldı - FOTO

© Photo : Facebook / Faig AhmedКовер азербайджанского художника Фаига Ахмедова
Ковер азербайджанского художника Фаига Ахмедова - Sputnik Azərbaycan
Abunə olmaq
Rəssam xalça toxuculuğunda ənənəvi material və rənglərlə eksperimentlər aparır. Məqalədə deyilir ki, rəssamın əsərlərinin qiyməti ən azı 15 min dollardır

BAKI, 4 sentyabr — Sputnik, Kəmalə Əliyeva. Qiyməti 15 min dollardan yuxarı olan qeyri-adi xalçaları yaradan azərbaycanlı rəssam Faiq Əhmədin işləri barədə dünyanın ən məşhur saytlarından biri məqalə hazırlayıb.

Sputnik Azərbaycan bildirir ki, Reddit-in məqaləsində Əhmədin “sehrli xalçalar” yaratdığı vurğulanır. Toxucuların köhnə məktəbinin ustaları ilə tanışlıq üçün rəssam illər sərf edib. O, çağdaş yeni dalğa sənətkarları qrupuna aiddir: özlərinin incəsənətlə bağlı stereotipləri qıran əsərlərini yaratmaq üçün onlar sənət növlərini araşdırır, əsərlərini tarixi müstəviyə daşıyırlar.

Rəssam xalça toxuculuğunda ənənəvi material və rənglərlə eksperimentlər aparır. Məqalədə deyilir ki, rəssamın əsərlərinin qiyməti ən azı 15 min dollardır (25 min manat).

Faiq Əhməd 1982-ci ildə Bakıda doğulub. O, Azərbaycan Dövlət İncəsənət akademiyasının heykəltaraşlıq fakültəsini 2004-cü ildə bitirib. O, Azərbaycanı Venesiya biennalesində milli pavilyonda təmsil edib. Love Me, Love Me Not şousunda da iştirak edib. O, öz əsərlərinin sərgisi, demək olar ki, bütün dünyada – Nyu-Yorkda, Parisdə, Londonda, Berlində, Dubayda, Moskvada, BƏƏ-də - təşkil olunub. 2013-cü ildə Londonun Viktoriya və Albert Muzeyinin mükafatının laureatı olub.

Xəbər lenti
0