09:56 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
216 0 0

Dram janrında olan film Azərbaycanın Xınalıq kəndindən Sankt-Peterburqa gələn Fəridədən bəhs edir. Gənc qız öz həyat yoldaşı Muradın axtarışındadır

BAKI, 3 sentyabr — Sputnik. "Narimanfilm" film şirkətinin Sankt-Peterburq Yeni Kino Məktəbi ilə birlikdə çəkdiyi "Fəridə" filmi IX Moskva "Gəlin Yaşayaq" Film Festivalında üçüncü yeri tutub. Sputnik Azərbaycan xəbər verir ki, filmdə baş rolu canlandıran Məryəm İbrahimova "Ən yaxşı aktrisa" diplomuna layiq görülüb.

Dram janrında olan film Azərbaycanın Xınalıq kəndindən Sankt-Peterburqa gələn Fəridədən bəhs edir. Gənc qız öz həyat yoldaşı Muradın axtarışındadır. O, Muradın harada olduğu haqda tam xəbərsizdir. Böyük şəhər Fəridəni bir çox müxtəlif insanlarla qarşı-qarşıya qoyur və onun bütün həyatını alt-üst edir. İndi harada olduğu barədə heç nə bilmir.

"Gəlin Yaşayaq" film festivalı 26 avqust - 2 sentyabr 2020-ci il tarixlərində keçirilib. Rusiya Kinosu Günü və Böyük Qələbənin 75 illiyi münasibətilə təşkil olunan festival Moskvada nümayiş olunub. Layihənin məqsədi moskvalıları və paytaxt qonaqlarını yeni filmlər və onların yaradıcıları ilə tanış etmək, tanınmış və yeni başlayan rejissorlar arasında təcrübə mübadiləsi aparmaqdır. Film festivalında bir çox ölkədən filmlər nümayiş olunub.

"Fəridə" filmi "Tammetrajlı bədii filmlər" kateqoriyasında üçüncü yeri tutub və "Ən yaxşı aktrisa" diplomuna layiq görülüb.

Sözügedən filmin ssenari müəllifi və rejissoru Kseniya Laqutina, operatoru Dmitri Naqovski, səs rejissoru Aleksandr Demyanov, prodüseri Nəriman Məmmэdovdur. Bundan başqa, filmdə Abdükərim Nəsirov, Dilya Ulaşeva və başqaları rol alıblar.

Xatırladaq ki, ötən gün də film çağdaş rus kinosunun dördüncü festivalında "Qorkiy Fest" də "Ən yaxşı rejissor" nominasiyasını qazanıb.

Əlaqədar

Gənc rejissor: "Hətta yerli animasiya filmləri uşaqlarımız üçün təhlükəli ola bilər"
Fransanı heyran qoyan azərbaycanlı müğənni yeni klipini təqdim etdi
Azərbaycanlı qız Rusiya kinematoqrafını fəth edir: ətrafı da kişilərlə doludur - FOTO
İllərlə axtarılan "Başlanğıc" tapılıb - VİDEO
Həmyerlimizin filmi Qafqazın ən böyük və nüfuzlu film festivalında nümayiş olunacaq

Əsas mövzular