17:12 19 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
3201

Türk musiqi dünyasının imperatoru sayılan İbrahim Tatlısəs 2011-ci il mart ayının 14-də İstanbulda başından güllə yarası almışdı.

BAKI, 2 sentyabr — Sputnik. Türkiyəli müğənni İbrahim Tatlısəs ekranlara qayıdır. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçı "İbo şou" proqramı ilə efirə çıxacaq. Veriliş Star TV-də yayımlanacaq. Tatlısəs proqramında məşhur sənətçiləri qonaq edəcək.

Xatırladaq ki, Türk musiqi dünyasının imperatoru sayılan İbrahim Tatlısəs 2011-ci il mart ayının 14-də İstanbulda başından güllə yarası almışdı. "Nurol Plaza"da çəkilən bir proqrama qatılan Tatlısəs çəkilişlər başa çatandan sonra avtomobilinə minərkən "Kalaşnikov" avtomatı ilə ona atəş açılmışdı. Güllələrdən biri Tatlısəsin baş nahiyəsinə dəymişdi. Hadisə zamanı sənətçinin yanındakı assistenti Buket Çakıcı da yaralanmışdı. Sözügedən hadisədən sonra Tatlısəs uzun illər sənətindən uzaqlaşmalı olub.

Əsas mövzular