05:24 26 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
3110

Aktyorun azacıq sərxoş olduğunu görən polislər ondan alkotest keçməyi təklif  ediblər. Nəticəsi müsbət çıxan Depardye iki parç pivə içdiyini boynuna alıb

BAKI, 30 avqust — Sputnik. Paris polisi aktyor Jerar Depardyenin skuterini müsadirə edib.

Sputnik Azərbaycan bildirir ki, “Puen” jurnalının məlumatına görə, aktyor içkili vəziyyətdə olduğu üçün nəqliyyat vasitəsindən olub.

Qeyd olunur ki, Depardye qırmızı işığı ötüb keçəndən sonra dayandığı üçün polis ondan hərəkətə davam etməməyi tələb edib.

​Aktyorun azacıq sərxoş olduğunu görən polislər ondan alkotest keçməyi təklif  ediblər. Nəticəsi müsbət çıxan Depardye iki parç pivə içdiyini boynuna alıb.

Polislər onun skuterini müsadirə ediblər. Depardye polislərə deyib ki, daha fransız olmaq istəmir, Rusiyanı və Vladimir Putini üstün tutur. Aktyoru komissarlıqdan tanışları gəlib aparıblar.

 

Əsas mövzular