Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İllərlə axtarılan "Başlanğıc" tapılıb - VİDEO

© AFP 2023 / SAID KHATIBДети смотрят телевизор, фото из архива
Дети смотрят телевизор, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qədim "Habil və Qabil" rəvayətinin motivlərindən istifadə olunan film yaradıcı və dağıdıcı insanın əbədi mübarizəsinə həsr olunub

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 28 avqust — Sputnik. Bir zamanlar uşaqdan-böyüyə hər kəsin sevə-sevə izlədiyi "Başlanğıc" animasiya filminin video nüsxəsi hazırlanıb.

Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov Sputnik Azərbaycan-a danışıb: "Bu film 1981-ci ildə Rüstəm İbrahimbəyovun ssenarisi əsasında kinorejissor Vaqif Behbudov tərəfindən çəkilmiş animasiya filmi - fəlsəfi pritçadır (Pritçada fikir üstüörtülü şəkildə, mətnaltı, dolayısıyla oxucuya çatdırılır. Pritça kiməsə, nəyəsə ünvanlana, müraciət oluna, yaxud da təhlil, araşdırma səciyyəsi daşıya bilər - red). Film Mərkəzi Televiziyanın (SSRİ) sifarişi ilə Azərbaycan Televiziyası tərəfindən istehsal olunub. Uzun müddət Azərbaycan Kinematoqrafçılar İttifaqının arxivində yerləşirdi. Biz Hökumət Evindəki ofisdən köçəndən sonra arxivi sistemləşdirməmişdik. Və bu film də orada idi. Dövlət Film Fonduna filmi təhvil verdik. Film Fondunun əməkdaşları videonüsxə hazırladılar. Həmin nüsxəni Azərbaycan Kinematoqrafçılar İttifaqının "Youtube" səhifəsinə yüklədik".

İttifaqın katibi bildirir ki, bu filmdə yaş məhdudiyyəti yoxdur, yəni yaşından asılı olaraq hər kəs bu cizgi filminə baxa bilər. Qədim "Habil və Qabil" rəvayətinin motivlərindən istifadə olunan film yaradıcı və dağıdıcı insanın əbədi mübarizəsinə həsr olunub. Bir qayda olaraq, Azərbaycan animasiyaları nağıllar əsasında çəkilir, azyaşlı uşaqlara ünvanlanır. Bu isə fəlsəfi pritçadır. Ravelin "Bolero"su filmdə xüsusi bir atmosfer yaradır.

Xəbər lenti
0