Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Roman Polanskinin ərizəsi rədd edilib

© REUTERS / Charles Platiau / File PhotoPolşa əsilli kinorejissor Roman Polanski, arxiv şəkli
Polşa əsilli kinorejissor Roman Polanski, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Polanski Amerika Kino Sənəti Akademiyasının üzvlüyünə bərpa edilməsi üçün 2019-cu ildə məhkəməyə müraciət etmişdi.

BAKI, 26 avqust — Sputnik. Polşa əsilli kinorejissor Roman Polanskinin Amerika Kino Sənəti Akademiyasının tərkibinə bərpa edilməsi barədə ərizəsi rədd edilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Los-Anceles dairəsinin ali məhkəməsi bu barədə qərar verib. Polanski Amerika Kino Sənəti Akademiyasının üzvlüyünə bərpa edilməsi üçün 2019-cu ildə məhkəməyə müraciət etmişdi.

Məlumat üçün bildirək ki, R.Polanski 1977-ci ildə 13 yaşlı model Samanta Geymerə təcavüz etməkdə ittiham olunub. Bundan sonra o, ABŞ-ı tərk edib. Məhkəmə işinə hələ də xitam verilməyib. Amerika Kino Sənəti Akademiyası isə 2018-ci ildə rejissoru üzvlükdən çıxarıb.

Qeyd edək ki, Roman Polanski rejissorluqla yanaşı, ssenarist, aktyor və prodüser kimi fəaliyyət göstərib.

Xəbər lenti
0