22:32 21 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
18 0 0

Mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən Anar Kərimov sələfinin vaxtından qalan kadrları işdən azad edir

 

BAKI, 25 avqust — Sputnik. Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən Anar Kərimov əmr imzalayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, əmrə əsasən, İlkin Nəsibov Mədəniyyət Nazirliyinin Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Xatırladaq ki, Mədəniyyət Nazirliyinin Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsinin müdiri Ruslan Abduləlimov bir müddət öncə yaş həddi ilə əlaqədar vəzifədən azad edilib.

Anar Kərimovun digər əmrinə əsasən, Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

Anar Kərimovun müvafiq əmri ilə Muzey işi və mədəni sərvətlərə nəzarət şöbənin müdiri vəzifəsinin səlahiyyətlərinin icrası Nərgiz Abdullayevaya həvalə edilib.

Əsas mövzular