CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Xınalıqlı tumurcuqlar"ın sehri Sputnik Azərbaycan-ın əməkdaşını qalib etdi - FOTO

CC0 / JESHOOTS / photographerFotoqraf, arxiv şəkli
Fotoqraf, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Müsabiqədə hər nominasiyada  ilk beşlikdə yer tutumuş fotolar «IRS» və «Azerbaijan Airlines» jurnallarında, həmçinin «IRS Publishing House» nəşriyyat evinin «Irs-Heritage-Наследие» seriyası üzrə çap edilən kitablarında dərc olunacaq

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 25 avqust — Sputnik. «IRS» jurnalı və Azərbaycan Fotoqrafları Birliyi “Bu, mənim Vətənimdir!” adlı foto müsabiqəsinin nəticələrini elan ediblər. Sputnik Azərbaycan-ın məlumatına görə, qaliblər may ayından münsiflər tərəfindən seçilsələr də, pandemiya qaydalarına görə, qaliblərin təltif olunması yubadılıb.

© Sputnik / Ilham Mustafayevİlham Mustafanın “Bu, mənim Vətənimdir!” müsabiqəsində “Mənim diyarım“ adlı kateqoriyada qalib olan fotosu
Xınalıqlı tumurcuqların sehri Sputnik Azərbaycan-ın əməkdaşını qalib etdi - FOTO - Sputnik Azərbaycan
İlham Mustafanın “Bu, mənim Vətənimdir!” müsabiqəsində “Mənim diyarım“ adlı kateqoriyada qalib olan fotosu

"Mənim diyarım", "Mənim şəhərim", "Adətlər və ənənələr", "Azərbaycan təbiəti", "Dəniz", "Dağlar" və "Yuxarıdan görünüş" adlı nominasiyaların qaliblərinə 300 AZN məbləğində mükafat veriləcək. Qaliblərin sırasında Sputnik Azərbaycan-ın bölgə müxbiri İlham Mustafayev də var.  O, "Mənim diyarım" nominasiyasında müsabiqəyə qatılıb. İlham Mustafayev sözügedən fotonu Quba rayonunun Xınalıq kəndində çəkib. Fotosu "Xınalıqlı tumurcuqlar" adlanır.

Qeyd edək ki, müsabiqədə hər nominasiyada  ilk beşlikdə yer tutmuş fotolar «IRS» və «Azerbaijan Airlines» jurnallarında, həmçinin «IRS Publishing House» nəşriyyat evinin «Irs-Heritage-Наследие» seriyası üzrə çap edilən kitablarında dərc olunacaq. Hər bir çap məhsulundan müəlliflərə iki nüsxə hədiyyə olunacaq.

Münsiflər heyətinin rəhbəri Rusiya Beynəlxalq Peşəkar Fotoqraflar Gildiyasının vitse-prezidenti Sergey Kivrindir. Münsiflər heyətinin üzvləri – Musa Mərcanlı («IRS» və «Azerbaijan Airlines» jurnallarının baş redaktoru), Andrey Vasilyev (Dubaydakı “IRS Publishing House” nəşriyyatının şef-redaktoru), Yelena Çirikovadır (“Azerbaijan Airlines” jurnalının dizayn-direktoru).

Xəbər lenti
0