Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Leonardonun dühasını 500 il sonra dərk etdilər

© AFP 2023 / TIMOTHY A. CLARY Рабочий стол с красками и кистями, фото из архива
 Рабочий стол с красками и кистями, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Leonardo da Vinçi ürəyin daxilində olan bu çətin əzələləri 500 il əvəvl çəkib və biz indi başa düşməyə başlayırıq ki, onlar insan sağlamlığı üçün əhəmiyyətlidir"

 

BAKI, 21 avqust — Sputnik. London İmperial Kollecinin nümayəndələri 500 il sonra Leonardo da Vinçinin elmi nəzəriyyəsini sübut ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, italiyalı ixtiraçı və rəssam insanın ürəyinin şəklini çəkərkən orada lifləri qeyd edib. Da Vinçi hesab edirdi ki, bu liflər qanı isindirir.

Bu liflərin elmi adı miokard trabekulasıdır. Elm adamları maqnit rezonansından istifadə etməklə ürəyin 25.000 fotosunu təhlil ediblər.

Nəticələr lif şəbəkəsinin ürək içərisində sürətlə axan qan və ürək əzələsi arasında yerləşdiyini göstərib. Trabekulalar qanın ürəkdən daha effektiv şəkildə axmasına imkan verir. Bundan əlavə, ürəyində daha çox lif olan insanların ürək çatışmazlığı ehtimalı az olur.

Bu xəstəlik dünyada ölüm hallarının ən əsas səbəblərindədir. Təkcə Böyük Britaniyada 920 min insan bununla qarşılaşıb. Yeni məlumatlar effektiv terapiya metodlarının inkifaf etdirilməsinə kömək edə bilər.

Alimlər həmçinin qeyd ediblər ki, trabekula anadangəlmə olur. Müntəzəm surətdə idmanla məşğul olmaqla onların miqdarını artırmaq mümkündür.

"Leonardo da Vinçi ürəyin daxilində olan bu çətin əzələləri 500 il əvəvl çəkib və biz indi başa düşməyə başlayırıq ki, onlar insan sağlamlığı üçün əhəmiyyətlidir", - deyə araşdırma müəllifləri qeyd ediblər.

Xəbər lenti
0