Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Qadına şiddət göstərən biri ilə eyni filmdə, serialda oynamaram"

© AP Photo / Ariana CubillosЖенщина. фото из архива
Женщина. фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şevval Sam həmçinin türk serial və filmlərində olan qadına şiddət səhnələrindən də narahat olduğunu dilə gətirib.

BAKI, 20 avqust — Sputnik. Azərbaycan tamaşaçılarının sevərək izlədiyi "Yasak Elma" serialının ulduzu, aktrisa və müğənni Şevval Sam son günlər Türkiyə mətbuatında ən çox müzakirə olunan Ozan Güvəni tənqid edib. Sonuncu sevgilisi Dəniz Bulutsuzu döydüyü üçün məhkəməyə verilib. Şevval Sam, həmçinin həmkarı Halit Ergençin Ozan Güveni əvvəlcə müdafiə edib, sonra isə bununla bağlı üzr istəməsini də tənqid edib. Şevval Sam bildirib ki, "Qadına şiddət göstərən biri ilə eyni filmdə, serialda oynamaram".

Şevval Sam həmçinin türk serial və filmlərində olan qadına şiddət səhnələrindən də narahat olduğunu dilə gətirib və: "Cəmiyyətdə ciddi olaraq təhsil, düşüncə problemi var. Əsas odur ki, beynimizi, düşüncələrimizi dəyişməyi bacaraq", - deyib.

Xatırladaq ki, sevgilisini döyən məşhur türkiyəli aktyor Ozan Güvənə dəstək verən həmkarı Halit Ergenç sözlərindən peşman olub. Dostunun bu işdən "alnı açıq" çıxacağını dedikdən sonra kəskin tənqid olunan aktyor üzr istəmək məcburiyyətində qalıb.

"Instagram" hesabından etdiyi açıqlamada aktyor çox kədərləndirən hadisədə fikirlərini düzgün ifadə edə bilmədiyini bildirib:

"Buna görə çox kədərliyəm. Şiddətin heç bir növünün tərəfində olmağım mümkün deyil. Son dərəcə həssas olduğum qadına şiddət məsələsində zərər çəkmiş və bu məsələdə mübarizə aparan hər kəsi məyus etdiyimi anlayıram, haqq verirəm və üzr istəyirəm", - deyə o bildirib.

 

Xəbər lenti
0