01:58 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
910

Dramaturqun sözügedən əsəri ən çox əcnəbi dillərə tərcümə olunan, bir çox dünya teatrlarında nümayiş olunan əsərlər sırasındadır

BAKI, 20 avqust — Sputnik. Hüseyn Cavidin "Şeyx Sənan" əsəri Özbəkistanın Buxara Vilayət Musiqili Dram və Komediya Teatrında özbək dilində tamaşaya qoyulacaq.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Buxara vilayətinin rəhbərləri arasında razılıq əldə olunub.

Artıq Özbəkistanın Mədəniyyət Nazirliyi əsərin tamaşaya qoyulmasını təsdiq edib və tamaşa dövlət sifarişi ilə maliyyələşdiriləcək.

Xatırladaq ki, 100 ildən çoxdur Azərbaycan yazıçılarının əsərləri, xüsusilə "Arşın mal alan" Orta Asiyanın müxtəlif teatrlarında tamaşaya qoyulur və həmişə də anşlaqla qarşılanır. Hələ ötən əsrin əvvəllərində azərbaycanlı maarifçilər - Seyid Rza Əlizadə, Sidqi Ruhulla, rejissor Mirzə Həbib Axundzadə və digər mədəniyyət, teatr xadimləri Orta Asiyada azərbaycanlılardan ibarət teatr truppası yaradaraq yazarlarımızın əsərlərini Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm və Səmərqənd şəhərlərində teatrsevərlərə təqdim ediblər.

Qeyd edək ki, dünya dillərinə tərcümə edilən Hüseyn Cavid irsinə mütəmadi olaraq müraciətlər olunur. Dramaturqun sözügedən əsəri isə ən çox əcnəbi dillərə tərcümə olunan, bir çox dünya teatrlarında nümayiş olunan əsərlər sırasındadır.

Əlaqədar

Türkiyədə Kvazimodonu ağladan Kəmalə: "İkinciyə ehtiyac qalmadı"
Telekanallarımızın mətbəxindən boylanan piratlar: əcnəbi gəlincə faş oldular
Qarabağın adıyla halal pul qazanmaq olar - gərək başı da, ürəyi də işlədəsən
“Çocuklar duymasın”ın Haluku: “Azərbaycan üçün könüllü əsgərliyə gedərdim
Azərbaycan ziyalıları Rusiyanın “Birinci” kanalının baş direktoruna müraciət etdilər

Əsas mövzular