Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Florida Universiteti azərbaycanlı alimin “Klonlaşdırılmış qoyun Dolli”sini seçdi

© Photo : Courtesy of Parvin MuradovaРабота известного азербайджанца Назима Мурадова для выставки «Скрытые Таланты»
Работа известного азербайджанца Назима Мурадова для выставки «Скрытые Таланты» - Sputnik Azərbaycan
Abunə olmaq
Nazim Muradovun müxtəlif illərdə hazırladığı bir neçə əsəri ABŞ-ın məşhur universitetinin təşkil etdiyi sərgidə nümayiş olunur

BAKI, 20 avqust — Sputnik, Kəmalə Əliyeva. Mərkəzi Florida Universiteti tanınmış azərbaycanlı, kimya elmləri doktoru, ABŞ Milli İxtiraçılar Akademiyasının üzvü Nazim Muradovun əsərlərini “Gizli istedadlar” sərgisi üçün seçib.

Sputnik Azərbaycan bu barədə layihənin saytına istinadən məlumat verir.

Sərgidə bir çox fırça ustalarının əsərləri nümayiş olunur. Sərgiyə Muradovun müxtəlif illərdə ərsəyə gətirdiyi dörd unikal əl işi - Dolly the Cloned Sheep ("Klonlaşdırılmış qoyun Dolli"), Peacock ("Tovuzquşu"), The Dream of Spring ("Bahar arzusu") və "Lev Tolstoy" əsərləri daxil edilib.

Nazim Muradov Mərkəzi Florida Universitetinin professoru, Hidrogen Energetikası üzrə Beynəlxalq Assosiasiyasının İdarə heyətinin üzvü, International journal of hydrogen energy-nin redaktorudur.

Alim 2018-ci ildə Rio-de-Janeyroda Hidrogen energetikası üzrə beynəlxalq konfransda beynəlxalq Jül Vern mükafatına layiq görülüb.

Bundan başqa, Muradov unikal əsərlər yaradır. Alim Azərbaycanın Xalq artisti Əminə Dilbazinin qızı Pərvin Muradovanın həyat yoldaşıdır.

Xəbər lenti
0