Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

“Əsas instinkt”in ulduzu bütün sirlərini açacaq

© AFP 2023 / ALBERTO PIZZOLIŞeron Stoun
Şeron Stoun - Sputnik Azərbaycan
Abunə olmaq
“Bağışlanılması mümkün olmayan şeyləri bağışlamağı öyrənmişəm. Ümid edirəm ki, həyat hekayəmi bölüşəndə siz də eynisini etməyi öyrənəcəksiniz” - Şeron Stoun

BAKI, 16 avqust — Sputnik. Hollivud ulduzu, aktrisa və prodüser Şeron Stoun 2021-ci ilin martında xatirələrini dərc etdirəcək. Sputnik Azərbaycan bildirir ki, kitabda o, həyatı, karyerası barədə danışacaq, ömrünün müxtəlif anlarındakı ən gizli hadisələrdən bəhs edəcək. Bu barədə aktrisa özünün Twitter səhifəsində məlumat verib.

“Bağışlanılması mümkün olmayan şeyləri bağışlamağı öyrənmişəm. Ümid edirəm ki, həyat hekayəmi bölüşəndə siz də eynisini etməyi öyrənəcəksiniz”, - 62 yaşlı Stoun yazıb.

​Associated Press  Alfred A. Knopf nəşriyyatına istinadən xəbər yayıb ki, “İki dəfə yaşamağın gözəlliyi” («The Beauty of Living Twice») adlı kitabda aktrisa Pensilvaniyada keçən çətin uşaqlığı, “Əsas instinkt” və “Kazino” filmlərindəki işi, iki dəfə ərdə olması, 2001-ci ildə keçirdiyi insult, eləcə də ictimai fəaliyyəti barədə söhbət açacaq.

“Kitabın səhifələrindəki Stounla bütün karyerası ərzində qəzetlərin manşetlərini bəzəyən Stoun eynidir: o, cəsarətli, doğruçul və açıqdır”, - nəşriyyatdan deyiblər.

Xəbər lenti
0