Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Aktyor Kris Hemsvortun altmış yaşlı anasının gəncliyi və gözəlliyi hər kəsi şoka salıb

© AP Photo / Evan AgostiniАктриса Леони Хеомсворт вместе с сыном Крисом Хемсвортом
Актриса Леони Хеомсворт вместе с сыном Крисом Хемсвортом - Sputnik Azərbaycan
Abunə olmaq
Fotomodel və aktrisa olan Elsa Pataki qaynanası Leoninin ciddi qidalanma rejimi sayəsində 30 il daha gənc göründüyünü bildirib

BAKI, 15 avqust — Sputnik. Aktyor Kris Hemsvortun "əbədi gənc" hesab olunan 60 yaşlı anasının gözəlliyinin sirri açılıb. Aktyorun həyat yoldaşı Elsa Patakinin (Elsa Pataky) qaynanası ilə bağlı fikirləri Britaniyanın Daily Mail tabloidində yer alıb.

Fotomodel və aktrisa olan Elsa Pataki qaynanası Leoninin ciddi qidalanma rejimi sayəsində 30 il daha gənc göründüyünü izah edib. "O, bizim bildiyimiz ciddi intervalla aclıq prinsiplərinə riayət etməyə başlayan ilk adam idi. Və Leoni möhtəşəm görünür. Onun 60 yaşı var, lakin ildən-ilə daha da gözəlləşir", - deyə Pataki bildirib.

Leoni bu rejimə həftədə bir gün yeməkdən başlayıb. Sonra o, hər gün 15-16 saat ərzində qidadan uzaq durmağa başlayıb.

Leoni Hemsvortun zahiri görünüşü aktyorun pərəstişkarlarını heyran edib. Kris may ayında Analar Günündə anası ilə çəkdirdiyi şəklini paylaşıb. Şəkli şərh edənlər Leoninin zahiri görünüşünə təriflər yağdırıblar. Hətta qeyd ediblər ki, Leoni sanki Krisin anası yox, bacısıdır.

Daha əvvəl media 56 il aktyor sənəti və ingilis dili üzrə müəllim işləmiş 81 yaşlı London sakininin gənc və gözəl görünüşünün sirrini açmağa çalışmışdı. Qadın bildirmişdi ki, aktiv həyat tərzi keçirir, gündəlik meditasiya edir və cavanlaşdırıcı kremlərdən istifadə edir.

Xəbər lenti
0