10:53 01 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
132410

Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdır.

BAKI, 12 avqust — Sputnik. Qarabağ həqiqətlərinin beynəlxalq arenada səslənməsində kinematoqrafın oynaya biləcəyi müsbət rolu nəzərə alaraq, o cümlədən kinematoqrafiyamızda Qarabağ müharibəsinin yaşatdığı insan faciələrinin tam dolğunluğu ilə, realistik əksinin vacibliyini qeyd edərək, Azərbaycan Kinematoqrafçılar İttifaqı "Qarabağ. İnsan. Qələbə" tammetrajlı bədii film ssenarisi müsabiqəsi elan edir. 

Sputnik Azərbaycan-ın məlumatına görə, müsabiqənin şərtləri belədir:

- Müsabiqəyə təqdim edilən ssenarinin janrından asılı olmayaraq, Qarabağ müharibəsinin insan taleyi, onun draması və faciəsi prizmasından ifadəsi, həm yerli, həm də xarici tamaşaçıya maraqlı olması arzuolunandır.

- Müsabiqədə iştirak üçün tammetrajlı bədii filminin ssenarisi (elektron variantda CD diskdə və çap olunmuş variantda, şrift Courier New, ölçü 12), müəllif haqqında məlumatın (əlaqə telefonu və e-mail ünvanı) təqdim edilməsi tələb olunur. Ssenari 22 noyabr 2020-ci il tarixinə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə təqdim edilməlidir. Ünvan: Bakı şəhəri, Həsən Seyidbyli 18.

- Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdır.

- Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər.

- Baş mükafat 5000 AZN.

- Həvəsləndirici mükafat (2 ssenari) 2500 AZN.

Qalib ssenari istehsalı məqsədəuyğun layihə olaraq Mədəniyyət Nazirliyinə təqdim ediləcəkdir.

Əlavə məlumat üçün əlaqə: (012)5059533, mail: info@aki.az

Əlaqədar

Qarabağlılar Kann Festivalının təşkilatçılarına etiraz edirlər
Amerikada Azərbaycan həqiqətləri: Qarabağa aid film mükafat aldı - VİDEO
Qarabağın qapısını açmaq istəyənlərin "Açar"ı: hər azərbaycanlının qəlbi sızlayacaq
Azərbaycan filmi “Qızıl şir”ə iddialıdır
Onun ürəyi Qarabağın "Fəryad"ına dözmədi

Əsas mövzular