16:04 01 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
32420

"American Song Contest" mahnı müsabiqəsi keçirilməzdən əvvəl ölkədə akademiya yaradılacaq. Burada peşəkar musiqiçilərdən ibarət məsləhətçi qrup fəaliyyət göstərəcək

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. 2021-ci ildə ABŞ-da "Avroviziya" mahnı müsabiqəsinin yeni, amerikan versiyası keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, "American Song Contest" adlanan yeni versiyada ölkənin müxtəlif ştatlarını təmsil edən musiqiçilər bir araya gələcəklər. Seçim turlarından sonra yarımfinal keçiriləcək, müsabiqə isə böyük finalla başa çatacaq.

"Avroviziya" mahnı müsabiqəsinin icraçı direktoru Martin Osterdalın sözlərinə görə, mahnı müsabiqəsinin böyük populyarlıq qazanmasının səbəbi, 65 illik tarixə söykənir və onun nüfuzu hələ də artmaqda davam edir. İndi isə bu cür tədbirin Amerikada keçirilməsinin tam zamanı yetişib. Osterdal vurğulayıb ki, musiqiyə olan sevgi dünyəvidir və o, insanları birləşdirmək üçün bütün sərhədləri aşmaq iqtidarındadır.

"American Song Contest" mahnı müsabiqəsi keçirilməzdən əvvəl ölkədə akademiya yaradılacaq. Burada peşəkar musiqiçilərdən ibarət məsləhətçi qrup fəaliyyət göstərəcək. Ölkənin ən tanınmış artistləri və məşhur ifaçılar münsiflər heyətini formalaşdıracaq. Bu münsiflər heyəti auditoriya ilə birlikdə ölkənin 50 ştatından istedadlı insanları tapıb seçəcək. Seçilənlər sırasında həm solo ifaçılar, duetlər, həm də maksimum 6 nəfərdən ibarət musiqi qrupları olacaq.

Qeyd edək ki, Avroviziya Mahnı Müsabiqəsi 1956-cı ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsidir. Müsabiqə dünyanın ən uzunömürlü müsabiqəsidir. Buna görə də 2015-ci ildə "Ginnesin rekodlar kitabı"na düşüb.

Azərbaycan isə bu müsabiqəyə 2008-ci ildə qatılıb. 2007-ci ildə İctimai Televiziyanın Avropa Yayım İttifaqının üzvü olmasından sonra ölkəmiz 2008-ci ildə birinci dəfə qitə miqyasılı müsabiqəyə qatıldı. Serbiyanın paytaxtı Belqrad şəhərində baş tutan 53-cü Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı Elnur Hüseynov və Samir Cavadzadə "Day After Day" mahnısı ilə təmsil etdilər və 132 xalla 8-ci yeri tutdular. 2011-ci ildə isə Azərbaycan tarixi ərzində birinci dəfə müsabiqənin qalibi oldu. Almaniyanın Düsseldorf şəhərinin ev sahibliyi etdiyi müsabiqədə Eldar Qasımov və Nigar Camal "Running Scared" mahnısı ilə Avropanın bütün dövlətlərini arxada qoydu və yarışı ölkəmizə gətirdilər.

Əlaqədar

Hamının kefi qalxacaq! Dilarə Kazımova yay hitini təqdim edib
Santa-Barbarada olmuşam! Tanınmış azərbaycanlı müğənnidən fərqli paylaşım
"Eurovision"un 2021-ci ildə keçiriləcəyi yer müəyyənləşib
Samirə Əfəndi Səfurə Əlizadənin hitinə ikinci nəfəs verib
Avroviziyada finala çıxa bilməyən müğənni öz dilimizdə oxumağa keçdi - VİDEO

Əsas mövzular