08:21 21 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
6402

Türkiyədə olan model Banu Şücai fürsətdən istifadə edərək karantin qaydalarının mane olduğu arzusunu gerçəkləşdirib

BAKI, 2 avqust — Sputnik, Kəmalə Əliyeva. “Miss Azərbaycan-2020” milli gözəllik müsabiqəsinin qalibi Banu Şücai İstanbulda çəkdirdiyi fotolarını nümayiş etdirib.

Model Sputnik Azərbaycan-a bildirib ki, fotosessiya keçirməyi çoxdan planlaşdırırmış, amma koronavirus pandemiyası səbəbindən tətbiq edilən karantin qaydalarına görə onu dəfələrlə təxirə salıb.

© Photo : Hasan Aliyev
Banu Şücainin fotosessiyasından

Milli gözəllik müsabiqəsində qalibiyyətdən sonra Banu Şücai bu fikrini gerçəkləşdirə bilib.

Fotoqraf Həsən Əliyev modelin bir neçə obrazda şəkillərini çəkib.

© Photo : Hasan Aliyev
Banu Şücainin fotosessiyasından

Şəkillərdə Şücai qara ziyafət paltarındadır. Onun fikrincə, bu rəng onu güclü və əsrarəngiz qadın kimi xarakterizə edir.

Banu Şücai Miss Globe International və Miss smile titullarının sahibidir. Bir çox respublika və beynəlxalq müsabiqədə iştirak edib, reklam çarxlarında çəkilib. Əsasən fotomodel kimi çalışır.

© Photo : Hasan Aliyev
Banu Şücainin fotosessiyasından

Model karyerasından savayı, Şücai həm də oxuyur. O, “Səs Azərbaycan” müsabiqəsinin finalçısıdır. Müsabiqədə ona müəllimlik edən Azərbaycanın Xalq artisti Mübariz Tağıyev Banunu indi də dəstəkləyir.

Əlaqədar

“Miss Azərbaycan” model biznesindən əl çəkib məşhurluq üçün Türkiyəni seçdi
Parça qalıqlarından unikal geyimlər: azərbaycanlı dizayner dayanıqlı dəb yaradır
Azərbaycanın ən gözəl qızı və oğlanı – onlayn seçdilər
Qalmaqallı azərbaycanlı model türk trillerinin qəhrəmanı olacaq
Azərbaycanlı model Los Ancelesdəki dəbdəbəli villasını göstərdi

Əsas mövzular