CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ömər ustadan Azərbaycana riqqətə gətirən dəstək

© Photo : Instagram / _omer_kozan_Омар Казон, фото из архива
Омар Казон, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Türk şirniyyatı hazırlaması ilə məşhur olan qənnadı ustası Ömər Kozan Azərbaycan xalqını qeyri-adi üsulla dəstəkləmək qərarına gəlib

BAKI, 2 avqust — Sputnik, Kəmalə Əliyeva. Türkiyənin məşhur qənnadı ustası Ömər Kozan sosial şəbəkə istifadəçilərini Azərbaycan və Türkiyə bayraqlarının rənglərində hazırladığı paxlavalarla heyran edib.

Sputnik Azərbaycan bildirir ki, bu qeyri-adi şirniyyatın videosunu usta özünün Instagram səhifəsində paylaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Ömer KozAn (@_omer_kozan_)

Ömər Kozan – Türkiyənin ən məşhur konditerlərindəndir. O, əsasən ənənəvi türk şirniyyatı hazırlayır. Daha çox fərqli, qeyri-adi dadlara malik paxlava hazırlamaqla məşhurdur. O, bir çox beynəlxalq festival və müsabiqənin iştirakçısıdır.

Bu dəfə Kozan Azərbaycan xalqını dəstəkləmək məqsədilə bayrağımızın üç rəngilə bəzədilmiş paxlava hazırlayıb. Eyni videoda Kozan həmçinin Türkiyə bayrağının rəngində olan paxlavanı da nümayiş etdirib. Ustanın Azərbaycandan olan təqibçiləri ona dəstəyə görə təşəkkür ediblər.

Usta qeyd edib ki, digər türk xalqlarının bayraqlarını da paxlava üzərində həkk etmək niyyəti var.

Xəbər lenti
0