Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

“Miss Azərbaycan” model biznesindən əl çəkib məşhurluq üçün Türkiyəni seçdi

© Photo : Instagram / natalisokolevskayaПобедительница Miss Azerbaijan-2015 Натали Соколевская, фото из архива
Победительница Miss Azerbaijan-2015 Натали Соколевская, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Model Natali Sokolevskaya inanır ki, qonşu ölkədə məşhurlaşacaq. O, artıq bir neçə məşhur aktyorla seriallara çəkilib və tərəf-müqabilləri ondan razı qalıblar

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 31 iyul — Sputnik. “Miss Azərbaycan-2015”in qalibi Natali Sokolevskaya bir neçə il əvvəl ölkəmizi tərk edərək Türkiyəyə köçüb. Hazırda o, türk kinematoqrafını fəth etməklə məşğuldur. Bu yaxınlarda o, “Xadimələr” serialında çəkilərək rus xidmətçi qızın obrazını canlandırıb. Türkiyədəki həyatı və yaradıcı planları ilə Sokolevskaya Sputnik Azərbaycan-la bölüşüb.

- Natali, 2015-ci ildə Miss Azərbaycan olduqdan sonra harayasa yoxa çıxdınız. Bu nə ilə bağlıydı?

- Mənim üçün ilk yerdə həmişə təhsilim olub. Həmin müsabiqəyə qədər və ondan sonra da yalnız təhsillə məşğul oldum.

- Söhbət gəzirdi ki, Türkiyəyə köçməyinizə səbəb sevgilinizdir.

- Türkiyəyə aktyorluğu öyrənmək üçün köçdüm. Etiraf edirəm ki, asan deyildi. Eyni zamanda türk dilini də öyrənməli oldum. Demək olar ki, türkcə heç danışa bilmirdım, sıfırdan başladım. Çox çətin idi, çünki rusca və türkcə - lap ağla qara kimidir. Çoxlu kitab oxuyandan, məşğələlərdən sonra, nəhayət türkcə danışa bildim. İndi heç bir problemim yoxdur. Türkcə əla danışıram, amma hələ də diksiya üzərində işləyirəm. Əlavə olaraq aktyorluq bacarıqlarımı da təkmilləşdirirəm.

Посмотреть эту публикацию в Instagram

Публикация от Natali Sokolevskaya (@natalisokolevskaya)

- Azərbaycanda çox məşhur idiniz. Türkiyədə yenidən başlamaq çətin deyildi?

- Yeni məqsəd üçün bütün rahatlıqlardan vaz keçmək elə də asan deyildi. Yeni ölkə, başqa mentalitet, başqa dil – amma mən sonunadək gedərək məqsədimə çatdım. İnsan təkmilləşməli, inkişaf etməli, arzularını gerçəkləşdirmək üçün çətinliklərdən keçməlidir. Mən bunu bacardım və hər kəsə tövsiyə edirəm.

- Azərbaycandan olan həmkarlarınızda ünsiyyətdəsiniz?

- Azərbaycanlı modellərə əlaqə saxlamıram.

- Hansı türk seriallarında çəkilmisiniz?

- “Jet Sosyete” ("Yüksək cəmiyyət") komediya serialında və “Hizmetçiler” ("Xadimələr") serialında çəkilmişəm. Sonuncuda rus qulluqçu Nadyanın rolunu canlandırırdım. Amma bu, hamısı deyil.

Посмотреть эту публикацию в Instagram

Публикация от Natali Sokolevskaya (@natalisokolevskaya)

- Model kimi hansısa layihələrdə iştirak edirsiniz?

- Yox, artıq model kimi işləməməyə qərar verdim. Daha çox aktrisa karyerasına köklənmişəm. İndi bu, mənim üçün ilk pillədədir.

- Türk aktyorlarla ünsiyyət qurmaq asandır?

- Türk məşhurlarla işləməkdən böyük zövq aldım. Ən çox Deniz Baysal, Enis Arıkan xoşuma gəlir. Enis deyir ki, mən türk model Ebru Şallıya oxşayıram. Onlar ikisi də mənimlə işləməkdən razı qalıblar.

Hazırda öz üzərimdə işləyirəm və öz gücümə, eləcə də uğuruma inanıram. Ona görə hesab edirəm ki, Türkiyədə məşhurlaşa biləcəm.

Посмотреть эту публикацию в Instagram

Публикация от Natali Sokolevskaya (@natalisokolevskaya)

- Azərbaycana qayıtmaq niyyətiniz var?

- Azərbaycan mənim ikinci vətənimdir. Vaxtaşırı Bakıya gəlirəm. Amma gələcəyimi Türkiyədə görürəm.

- Çox gözəl qızsınız, yəqin, türk gənclər sizə evlənmək təklifi edirlər. Türkə ərə gedərsiniz?

- Evlilik barədə hələ düşünmürəm, amma hər şey mümkündür.

- Aktyorlardan kimsə evlilik təklifi etsə, necə?

- Xasiyyətcə çox qısqanc olduğumdan həyatımı aktyorla bağlamaq istəməzdim, çünki bizim peşəmiz elədir ki, kimisə başdan çıxarmaq çox asandır.

Xəbər lenti
0