Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan filmi “Qızıl şir”ə iddialıdır

© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçidФигура золотого льва неподалеку от места проведения Венецианского международного кинофестиваля. Архивное фото
Фигура золотого льва неподалеку от места проведения Венецианского международного кинофестиваля. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
“Səpələnmiş ölümlər arasında” filminin ərsəyə gəlməsində həm azərbaycanlı, həm də əcnəbi kinematoqrafların əməyi var

BAKI, 28 iyul — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi Venesiya beynəlxalq film festivalının “Qızıl şir” mükafatına iddialıdır.

Sputnik Azərbaycan bildirir ki, festival hər il sentyabrın 2-dən 12-dək Lido adasında keçirilir.

Известная фотомодель Наз Мила, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qalmaqallı azərbaycanlı model türk trillerinin qəhrəmanı olacaq

Bu il festivalın proqramına 18 tam və 15 qısametrajlı film daxil edilib. Münsiflər heyətinin prezidenti isə aktrisa Keyt Blanşett seçilib.

“Səpələnmiş ölümlər arasında” filmi Karlos Reyqasla Coslin Barnesin birgə istehsalıdır. Filmin icraçı prodüserləri Danni Qlover, Susan Rokfeller, ssenaristləri Rəşid Səfər, Hilal Baydarov, bəstəkarı isə Kənan Rüstəmlidir.

Filmdə Orxan İskəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva, Kübra Şükürova, Nərmin Həsənova, Oqtay Namazov, Mürvət Əbdüləzizov, Pərviz İshaqov, Gülnaz İsmayılova və Gülarə Hüseynova çəkiliblər.

“Qızıl şir” – Venesiya film festivalının əsas mükafatıdır. 1949-cu ildə təsis edilib. “Qızıl şir”ə iki dəfə sahiblənən cəmi dörd rejissor var: Andre Kayat, Lui Mal, Çjan İmou və Enq Li.

 

Xəbər lenti
0