CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ulduzlarımız karantində Bakıdan Türkiyəyə qaçırlar

© Sputnik / Ekaterina Chesnokova / Mediabanka keçidAntalya, arxiv şəkli
Antalya, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Müğənnilər Tunar Rəhmanoğlu, Səbinə Selcan və prodüser Tarix Əliyev yay mövsümünün qonşu ölkədə keçirilməsi fürsətini fövtə vermədilər

BAKI, 9 iyul  - Sputnik, Kəmalə Əliyeva. Sən demə, Azərbaycanın Xalq artisti Miri Yusif karantin rejimində  Bakıdan qaçıb xüsusi reyslə Türkiyəyə istirahətə yollanaraq sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqidlərə məruz qalan tək məşhur deyilmiş.

Sputnik Azərbaycan-ın araşdırmasına görə, Miri Yusifin ardınca Bakı-İstanbul-Bakı xüsusi reysindən istifadə edərək, qonşu ölkəyə daha bir neçə azərbaycanlı ulduz uçub.

Azərbaycanda iyulun sonuna kimi sərt karantin rejimi hökm sürəcək. Bu müddətdə çimərliklər və istirahət zonaları qapalı olacaq. Yerli məşhurlar bu vəziyyəti fürsətə çevirərək yayın qalan hissəsini səmərəli keçirmək üçün Türkiyəyə qaçıblar.

Ulduzlar istirahət zamanı çəkilmiş şəkillərini həvəslə "Instagram"-da paylaşaraq sərt karantinin qaydalarına uymaq məcburiyyətində qalan imkansız təbəqənin həsəd və hiddətinə səbəb olurlar.

Belə ki, Türkiyədə məşhur olan müğənni Günelin ifaçı qardaşı Tunar Rəhmanoğlu öz doğum gününü ailəsi ilə birlikdə qardaş ölkədə qeyd etmək qərarına gəlib.

Onun ardınca məşhur qalmaqallı prodüser Tarix (Tolik) Əliyev Bakıdan köçüb. Dediyinə görə, yarım ilə yaxındır ki, koronavirusa görə heç yerə gedə bilməyib.

"Hava limanında həmişə sıxlıq olur, bu dəfə isə hər yer boş idi. Bütün bunlar koronavirusa görədir. Ümid edək ki, tezliklə hər şey dəyişəcək", - Əliyev qeyd edib.

Müğənni Səbinə Selcan da Türkiyəyə istirahətə yola düşüb. O, artıq evdə otura bilməyəcəyini etiraf edib, buna görə vəziyyəti dəyişdirməyə qərar verib.

View this post on Instagram

A post shared by SabinaSelcan (@sabinaselcan) on

"Əgər harasa uçmaq imkanı varsa, bundan istifadə etmək lazımdır. Allaha şükür ki, İstanbula uçuşlar açıldı. Oradan Türkiyənin digər şəhərlərinə də gedəcəyəm", - deyə müğənni bildirib.

İyun ayından başlayaraq qarşılıqlı razılıq əsasında "Azərbaycan Hava Yolları" və "Türkiyə Hava Yolları" şirkətləri həftədə dörd dəfə müntəzəm olaraq Bakı-İstanbul-Bakı xüsusi reyslərini təşkil edirlər.

Nazirlər Kabinetinin qərarı ilə 20 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Lənkəran, Mingəçevir, Yevlax, Cəlilabad, Gəncə, Masallı, Abşeron, Goranboy, Göygöl, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında ciddi karantin rejimi fəaliyyət göstərəcək. Qeyd olunan şəhər və rayonlarda bütün iş, xidmət və ticarət sahələrində fəaliyyət, həmçinin ictimai nəqliyyat və avtomobillərin hərəkəti dayandırılıb. Göstərilən şəhər və rayonlarda fəaliyyətinin davam etdirilməsinə icazə verilən sahələrdə çalışan şəxslərin və nəqliyyatın hərəkətinə icaze.e-gov.az.portalında müvafiq icazə alındıqdan sonra yol verilir.

Xəbər lenti
0