00:54 09 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
1801 0 0

İsmayıl İmanın müasir gənclərin problemlərindən bəhs edən "Big in Japan" əsəri Rusiyanın məşhur teatr tənqidçisi Pavel Rudnevin ürəyincə olub.

BAKI, 1 iyul — Sputnik. Tanınmış Rusiya teatrşünası, art-meneceri, sənətşünaslıq namizədi Pavel Rudnev Azərbaycan yazıçısı və dramaturqu İsmayıl İmanın Big in Japan ("Yaponiyada böyük") pyesini 2019/2020 mövsümünün ən yaxşı pyesləri siyahısına daxil edib. Bu barədə Sputnik Azərbaycan-a dramaturqun özü məlumat verib.

İman üçün bu xəbər xoş bir sürpriz olub. Yazıçı pyes üzərində işi 2020-ci ildə tamamlayıb. Onun sözlərinə görə, pyes, müasir gənclərin problemlərindən bəhs edir.

Rudnev siyahısına həm də Oljas Janaydarov, Sergey Davıdov, Dmitri Danilov, Yelena Yerpıleva və bir çox başqalarının əsərləri daxildir.

İsmayıl İman bir çox əsərlərin, o cümlədən "Sevil", "Limbo", "Astara bağları" və digərlərinin müəllifidir. Onun əsərlərinə tez-tez "dOM theatre" interaktiv teatrının repertuarında rast gəlmək mümkündür. İman həmçinin "Mənim balaca şahzadəm" Azərbaycan qısametrajlı cizgi filminin ssenari müəllifidir.

Pavel Rudnev Rusiyada müasir teatr prosesinin ən böyük tədqiqatçılarından biri, Moskva Bədii Akademik Teatrının məktəb studiyasının və Rusiya Teatr Sənəti İnstitutunun dosentidir. Müxtəlif illərdə "Qızıl Maska" mükafatının eksperti, "Maska Plyus" proqramının kuratoru, "Avrasiya", "Kulminasiya", "Lyubimovka", "Remarka" və digər Rusiya və beynəlxalq dramaturgiya müsabiqələrinin münsiflər heyətinin üzvü olub.

Əlaqədar

Zülfiyyə Qurbanova: "Bu yerdən sonra ayrıla bilmərəm, xatirələrimiz var birlikdə"
Tanınmış aktrisa: "Müəllimimə qulaq asmadım, indi isə peşmanam"
Məşhur azərbaycanlı qadın Rusiya filminin qəhrəmanı olub
Rusiyanın ulduz aktyoru azərbaycanlı həkimin hekayəsini anladıb
Azərbaycan "Kontrabas"ını Rusiyada təqdim edəcəklər

Əsas mövzular